Ürək xəstələrini qorxuya salan seks əfsanələri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 125
Səs ver:
(səs: 0)
Türkiyənin tanınmış həkimlərindən olan professor Halim Hattat ona müraciət edən ürək xəstələrinin sekslə bağlı qulaqdan-qulağa yayılan seks əfsanələrindən çəkindiklərini, ona görə də cinsi həyatdan soyuduqlarını bildirib.
Həkim insanların çoxunun sekslə məşğul olarkən infakt keçirməkdən qorxduqlarını deyir. Halim Hatatın sözlərinə görə, araşdırmalar ürək xəstələrinin 50 faizinin cinsi əlaqədən çəkindiklərini və sekslə məşğul olmadıqlarını göstərib.
Ancaq ürəklə bağlı problemlərə görə cinsi həyatdan vaz keçmək heç də ağıllı fikir deyil. Çünki seks infarkta səbəb olmur, əksinə ürək və damar xəstəliklərindən qorunmaq üçün yaxşı vasitə hesab olunur.

Professor Halim Hattat 10 seks əfsanəsindən bəhs edib. Xüsusilə də ürək xəstələri həkimin dediklərinə ciddi yanaşsalar, yaxşı olar.

1. İnsan sekslə məşğul olarkən infarkt keçirə bilər
Cinsi əlaqə zamanı infarkt keçirmək çox nadir hallarda baş verə bilər. Bununla bağlı dəqiq rəqəmlər də var. Belə ki, sağlam bir insanın seks zamanı və ya seksdən dərhal sonra infarkt keçirməsi ehtimalı 1 milyonda 2.5-dir. Bu risk ürək xəstəliklərindən əziyyət çəkənlər üçün isə 1 milyonda 25-dir.
Bu rəqəmlər göstərir ki, ürək xəstələri heç bir qorxu hissi keçirmədən cinsi əlaqəyə girə bilərlər. Stressiz şəraitdə, ön sevişmədən sonra sekslə məşğul olmaq ürəyi yormur.

2. Ürəklə bağlı hər hansı əməliyyatdan sonra seks həyatına nöqtə qoymaq lazımdır
Adətən infarkt keçirən xəstə sağaldıqdan təxminən, 6-8 həftə sonra sekslə məşğul ola bilər. Ürək problemləri ilə bağlı edilən əməliyyatlardan sonra isə seks həyatına sadəcə 8-14 həftə fasilə vermək kifayət edir.
Əməliyyat keçirən insanın həyatından seksi tamamilə çıxarmalı olduğu ilə bağlı məlumatlar tamamilə səhvdir. Əməliyyatdan 8-14 həftə sonra sinənizdə ağrı hiss etmirsinizsə, sekslə məşğul ola bilərsiniz. Təbii ki, sinə sümüklərinə təzyiq etməmək üçün sizə ən uyğun olan pozanı seçməlisiniz.

3. Erreksiya üçün qəbul olunan dərmanlar infarkta səbəb olur
Kişilərin erreksiya problemlərindən xilas olmaq üçün qəbul etdikləri dərmanların infarkta səbəb olduğu iddia edilir. Bu, tamamilə səhv fikirdir. Çünki bu dərmanların belə bir təsiri yoxdur. Ancaq bu dərmanlar təzyiqi aşağı sala bilir. Ona görə də onları başqa dərmanlarla eyni vaxtda içmək olmaz.

4. Seks zamanı yaranan həyəcan hissi ürəyə pis təsir edir
Cinsi əlaqə zamanı həyəcanlanmaq normaldır. Bunun ürəyə heç bir pis təsiri ola bilməz. Əksinə seks zamanı qan dövranı sürətləndiyi üçün ürək və damarlar üçün faydalıdır. Sevişərkən nəfəs alıb verməyin sürətlənməsi, ürək döyüntülərinin artması və təzyiqin bir az yüksəlməsi normaldır. Ancaq seksdən sonra başınız hərlənir və ya ürəyiniz bulanırsa, ən əsası sinənizdə ağrı hiss edirsinizsə, mütləq həkimə müraciət etməlisiniz. Ola bilsin ki, sizdə gizli ürək xəstəliyi var.

5. Seksdən öncə ürək dərmanlarını mütləq qəbul etmək lazımdır
Ürək xəstəliklərindən əziyyət çəkənlər seksdən öncə dərmanlarını qəbul edə bilərlər. Beləliklə, cinsi əlaqə zamanı performansları daha yaxşı olar və özlərini daha rahat hiss edərlər. Ancaq bəzi xəstələr dərmanlarını qəbul etmədən sekslə məşğul ola bilmirlər. Onlar cinsi əlaqədən çəkinirlər və beləliklə həm özlərinə, həm də partnyorlarına stress yaşadırlar.
Bu, artıq psixoloji problemdir. Dərman qəbul etməyi asılılıq halına gətirən xəstələr mütləq həkimə müraciət edib bu qorxularının öhdəsindən gəlməlidirlər.
 
6. Ürək xəstələri dərmansız erreksiya ola bilməzlər
Erreksiya ola bilməmək adətən damar problemlərindən qaynaqlanır. Əgər ürəyə gedən damarlar yüksək şəkər-xolesterol-təzyiq, siqaret, köklük və hərəkətsizlik üzündən zərər görübsə, deməli cinsi orqana gedən damarlarda da problem baş verəcək. Hətta erreksiya problemləri ürək xəstəliklərindən öncə yarana bilər. Erreksiya ola bilməyən kişilər  3 il sonra ürək xəstəliklərindən də şikayət etməyə başlayırlar. Ancaq müasir dövrdə bir çox müalicə üsulu kəşf edilib. Onlardan sizə ən uyğununu seçərək erreksiya ilə bağlı yaşadığınız problemlərdən xilas ola bilərsiniz.

7. Kişilər seksə həmişə hazırdır
Araşdırmalar göstərir ki, kişilər heç də həmişə seksə hazır olmurlar. Üstəlik, ürək xəstəliklərindən əziyyət çəkən kişilər özlərini öncədən cinsi əlaqəyə hazırlamalıdırlar. Bunun üçün gün ərzində çox yeməkdən və spitli içkilər qəbulundan çəkinmək lazımdır. Sevişmək üçün sakit və çox isti və ya çox soyuq olmayan otaq seçin. Yorğun və pessimist anınızda yatağa girməyin.  Səhər saatlarında sekslə məşğul olmaq daha yaxşı nəticələr verəcək.

8. Bəzi seks pozaları ürəyi yorur
Əslində demək olar ki, bütün seks pozaları kişidən eyni enerjini tələb edir. Ancaq bəzi araşdırmalar göstərir ki, yataqda hər şeyi kişinin idarə etdiyi seks pozaları daha çox yorur. Ona görə də, bu mövzunu partnyorla həll etmək lazımdır. Hər ikinizin də ürəyincə olan bir pozanı seçməyə çalışın. Əgər riskli pozaları xoşlamırsınızsa, ipləri qadınınızın əlinə verin.

9. Ürək xəstəlikləri cinsi gücü azaldır
Ehtiras birbaşa testosteron hormonunun səviyyəsi ilə əlaqədardır. Ürək xəstələrinin istifadə etdikləri bir çox dərman orqanizmdə testosteron səviyyəsini aşağı salır. Odur ki, ürək xəstələrinin cinsi gücü və seks həvəsi azala bilər. Çünki infarkt keçirmək qorxusu, özünü zəif və gücsüz hiss etmək, özgüvənin azalması kimi psxoloji faktorlar da cinsi gücün azalmasına səbəb olur.
Ancaq bu problemlərdən hormon müalicəsi və bir terapevtin köməyi ilə xilas ola bilərsiniz.
10. Müəyyən yaşdan sonra seks insan üçün lazımsız olur
Seks heç bir yaşda təhlükəli deyil. Cinsi yolla keçən xəstəliklərə yaxalanmadığınız təqdirdə və ehtirasınız sizi həvəsləndirməyə davam etdiyi müddətdə sekslə məşğul ola bilərsiniz. Seks 20 yaşlı insan üçün necə faydalıdırsa, 80 yaşındakı insan üçün də o qədər faydalıdır.
Ürək xəstələrinin daha yaxşı seks performansı üçün əməl etməli olduqları qaydalar:
•Ürəklə bağlı hər hansı əməliyyatdan sonra ilk dəfə sekslə məşğul olacağınız zaman həkiminizlə məsləhətləşin.
• Mobil telefon, e-posta kimi fikrinizi yayındıracaq faktorları aradan qaldırın.
• Yorğun və ya stressli olmadığınız zamanları seçin.
• Rahat ola biləcəyiniz, komfortlu məkan hazırlayın.
• Partnyorunuzla söhbətləşin.
• Seksdən öncə həkimin yazdığı dərmanları qəbul edin.
• Ön sevişməyə önəm verin. Seksə tam hazır olmaq üçün 15 dəqiqə ön sevişmə ilə məşğul olun.
• Sizin üçün ən rahat pozaları seçin.
• Cinsi performansla bağlı problem yaşadıqda təşvişə düşməyin.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 125
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri