Kökəlmək istəyənlərə 5 məsləhət

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 267
Səs ver:
(səs: 0)
Siz də "Kilo almaq istəyirəm, amma heç cür kilo ala bilmirəm", "Çox yeyirəm nə etsəm olmur yenə də kilo almıram" və ya "Sağlam şəkildə kilo almaq istəyirəm" - deyənlərdənsinizmi? Əgər elədirsə, sizlər üçün hazırladığım 5 təklif işinizi asanlaşdıracaq.

Səhər yeməyi günün ən vacib və buraxılmaması lazım olan paylarından biridir. Naharda yeyilən yumurta; Zülal tərkibi yüksək kəsmik, karbohidrat tərkibi yüksək kartof və müxtəlif tərəvəzlərlə zənginləşdir. Yenə səhər yeməyinizi çörəyin üstünə bal, tahin-doşab, mürəbbə, fındıq və ya fıstıq əzməsi sürə bilərsiz.

Ana öyün olaraq şorba yerinə əsas yeməklə başlayın. Əgər salata üstünlük verəcəksinizsə tərkibində buğda, bulqur, kinoa kimi taxıllar və qoz, küncüt və tahin kimi sağlam yağlar əlavə edərək salatı zənginləşdirə bilərsiz.

Bu dövrdə həcmi kiçik, enerji məzmunu yüksək qidalara üstünlük verilməlidir. Bunu təmin etmək üçün quru qaysı, kişmiş, quru əncir, badam, fındıq, qoz kimi quru meyvələri və yağlı toxumları pəhrizə əlavə edə bilər və bu qidalardan enerji topları və barlar kimi müxtəlif ara pay variantları hazırlaya bilərsiz.

Ara pay olaraq südlü şirniyyat, quru meyvə və ya meyvəli kökələr, dondurma, südlü qəhvə və kakao nisbəti yüksək bitter şokolad seçim edilə bilər. Axşam yeməyindən sonra yatana qədər istehlak etdiyiniz ara paylarda isə ballı süd, bal və qoz əlavə olunmuş banan dilimləri, dondurmalı meyvə salatları gözəl və ləzzətli alternativlərdəndir.

Paylardan dərhal əvvəl və pay zamanı su istehlakı mədədə yer tutmasına və enerji əldə edəcəyiniz digər qidaların istehlakının azalmasına yol açır. Bu səbəbdən su istehlakının öyündən ən az yarım saat əvvəl keçirilməsi əhəmiyyətlidir. Yemək zamanı meyvə suyu ayran kimi kalorili içkilər istehlak edin.

Sağlam seçimlər etməkdən bəhs etdik. "Ləzzətli və enerjisi yüksək bir tort tarifi möcüzə olardı" deyənlər üçün praktik muffin tərifimi sizlərlə bölüşürəm.

Şəkərsiz Xurma və Bananlı Muffin
5 ədəd xurma
1 ədəd banan
3 yemək qaşığı yulaf əzməsi
1 yemək qaşığı hindqozu yağı
1 paket qabartma tozu
1 paket vanil
2-3 ədəd tam qoz

Hazırlanması:
Materialları dərin bir qab içinə alıb mikser köməyi ilə çalın. Alınan xəmir qarışığını muffin qablarına qoyaraq, əvvəlcədən isidilmiş 170 dərəcə sobada bişirin. Orta hesabla 30-35 dəqiqədə muffininiz hazır olacaqdır. Sobadan çıxardan əvvəl bıçaq ilə bişib bişməyib nəzarət ediləbilər. Yanında 1 top dondurma ilə istehlak edərsiniz.

Nuş olsun!

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 267
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Efsuw2016
Kökəlmək haraaa mən haaraaaaaahh deyirlər 30 yasdan sora belkəə ümüdümü 30a dikmişəm
30 sentyabr 2019 11:46
4
Məni bu həyatda ən çox xoşbəxt edən sənin yanımda olman, yaxşı ki varsan və yaxşı ki, mənim yoldaşımsan
Offline
kivircik
Kok insanlar ariqlamaq isteyir,, ariq insanlar da kokelmek)))
27 sentyabr 2019 22:00
3
Offline
BARBI
Kokelmek saglamliq deyil.Cox ariq pisdir.Cekin normal olsa besdi
27 sentyabr 2019 09:52
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Cema_Axodova
Kokelmek isteyirem ne qeder wirniyyat hazirlayiram yeyirem yenede kokelmirem.ancaq uwaqlarim yoldawim kokelir:(
27 sentyabr 2019 09:43
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri