Miranda Kerr pəhrizi.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 253
Səs ver:
(səs: 5)
Miranda Kerr, "İlk pillə sağlam yeməklər yeməkdir. Mən ümumiyyətlə orqanik məhsullar istehlak edirəm. Çox sağlam yeməklər yeyirəm çünki beləcə özümü daha enerjili hiss edirəm. Avakado, yaşıl tərəvəzlər və brokolini çox sevirəm" dedi.
Cazibədar model bəzən yağlı yeməklər yediyini də söylədi: "Yüzdə 80 sağlam yeməklər yeyirsəm, yüzdə 20 də yağlı yeməklər yeyirəm. Çünki insanların bu yeməklərdən özlərini məhrum etmələrinin tərəfdarı deyiləm"
Tanındıqdan sonra insanların bəyənməsini itirməmək üçün görünüşü ilə əlaqədar daha məsul davrandığını ifadə edən Kerr, formasını qorumaq üçün yoga və pilates etdiyini söylədi. 2007-ci ildən bu yana Victoria's Secret modelliyi edən Miranda bədəninizə uyğun bikinin necə seçiləcəyini izah etdi: "Hər kəsin bədən şəkli fərqlidir. Buna görə bədəninizə uyğun çimərlik geyimi ya da bikinini seçmək çox əhəmiyyətlidir. Doğru duruş, özünə inam ilə hər çimərlik geyimi ya da bikini hər kəsdə gözəl dayana bilər."

Miranda Kerrin diyeti

Səhər: Təzə meyvə salatlı qatıq və müsli və ya 2 dilim çovdarlı tost çörəyi, qaynadılmış yumurta və avakado. Limonlu və zəncəfilli su.

Ara yemək: Qoz, badam və yaşıl çay.

Günorta yeməyi:
Təzə ton balığı, salat. Limonlu və zəncəfilli su.

Ara yemək:
Təzə meyvələr və ya fındıq.

Axşam yeməyi: Somon fileto, balıq, quzu kotlet və ya bifteyi bir az salat və ya tərəvəz.
Heç vaxt kartof yemir. Zəncəfilli yaşıl çayını isə əsla əskik etmir.
(səs: 5)
Şərhlər: 4
Baxılıb: 4 253
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri