Xərçəng və onunla mübarizədə qidalanmanın rolu

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 1 168
Səs ver:
(səs: 1)
"Hər bir canlı orqanizm hüceyrələrdən təşkil olunub və hər bir hüceyrə beynin, endokrin sistemin nəzarəti altında fəaliyyət göstərir və çoxalır. Yalnız sinir və sümük hüceyrələri daxili sekresiya vəzilərinə tabe olmur.

Lakin xərçəng hüceyrələri müstəqil qurum kimibeyinə tabe olmadan çoxalır, hüceyrələr bir-biri ilə birləşərək şiş toxuması əmələ gətirir. Daha sonra həmin şişlər böyüyür, ətrafdakı orqan və toxumaları sıxmağa başlayır. Həmin hüceyrələr qan və limfa damarlarına daxil olanda başqa toxumalara yayılma - metastaz baş verir",
- deyə həkim-fitoterapevt Fizuli Hüseynov xərçəng barəsində məxsusi müsahibəsində bildirib.O, söhbətinin davamında deyib:

"Sual olunur:
nəyə görə xərçəng hüceyrələri beyinə tabe olmur və ya olmaq istəmir?
Gün ərzində 10-15 min hüceyrə müstəqil olmaq uğrunda mübarizə aparır. Lakin orqanizmdəki antioksidantlar buna imkan vermir, yəni atipik hüceyrələrlə birləşərək həm onları, həm də özlərini məhv edir. Deməli, xərçəngin profilaktikası, eləcə də yaranmış xəstəliyin qarşısını almaq üçün orqanizmdə kifayət qədər antioksidant olmalıdır.

Bəs orqanizmi antioksidantlarla necə təmin etmək olar?
Bol günəş şüası altında yetişən meyvə vətərəvəzlərin tərkibində antioksidantlar çoxdur. İstixana şəraitində və gübrələrlə yetişdirilən meyvə-tərəvəzlərin tərkibində isə antioksidantların miqdarı çox az olur.

Son illərin araşdırmaları göstərir ki, pomidorun tərkibində olan likopin adlı antioksidant prostat vəzi xərçənginin qarşısını alır. Həmin maddə bostanda bol günəş şüaları altında bitən pomidorda süni şəraitdə yetişdirilənə nisbətən 20 dəfə çoxdur.

Yəni 20 kiloqram istixana pomidorunun tərkibində 1 kiloqram normal pomidor antioksidantı var. Eyni hal digər meyvə-tərəvəzlərə də aiddir.
Aydındır ki, bol meyvə-tərəvəz yedikdə, siqaret və alkoqoldan istifadə etmədikdə, hüceyrələrə zədələyici təsir göstərən rentgen şüalarından qorunduqda və ya menyudan fast-food yeməklər çıxarıldıqda xərçəngə tutulma ehtimalı azalır.Xaricdən daxil olanlarla yanaşı orqanizmdə antioksidantlar əsasən qaraciyər tərəfindən istehsal olunur. Ona görə də qaraciyəri qorumaq, vaxtaşırı onun fəaliyyətini artıran və bərpasını sürətləndirən təbii vasitələrdən, məsələn, alaqanqal toxumları və ya yağından istifadə olunması məsləhətdir.

İdman və fiziki fəallıq da orqanizmdə antioksidant istehsalını artırır. Gün ərzində ən azı 3 kilometr gəzmək lazımdır. Xoşməramlı olmaq beyində xoşbəxtlik hormonlarının, xüsusən də serotoninin artmasına səbəb olur və xərçəngin qarşısını almaqda çox mühüm vasitələrdən biri sayılır.

Xərçəngdən qorunmaq və onun müalicəsi üçün bal, arı südü, Qafqaz kefiri, rafinə olunmamış zeytun yağı, brokkoli kələmi, buğda cücərtisi, keçibuynuzu, razyana, damotu, bibər, sarıkök, qara zirə, zəncəfil, boymadərən, soğan, sarımsaq, göyərtilər, kök və meyvə qurularından istifadə etmək faydalıdır. Xərçəng hüceyrələrinə qarşı mübarizədə heyvani və rafinə olunmamış ərzaqlar, sənaye məhsulları, qazlı içkilər və konserv məhsullarından maksimum dərəcədə az istifadə edilməlidir".
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 168
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri