Sağlam olmaq istəyən qara kişmiş yesin

Müəllif: Fialka
Şərhlər: 9
Baxılıb: 4 243
Səs ver:
(səs: 5)
Üzüm yeganə meyvədir ki, qurudulduqdan sonra daha xeyirli olur. Xüsusilə, qış aylarında qozla, fındıqla kişmişi qarışdırıb yeməyin öz ləzzəti var.

Türkiyəli həkim Şəfiqə Aydın bu faydalı çərəzin daha öncə heç yerdə eşitmədiyiniz faydalarından danışıb:

"Xüsusilə, qara kişmiş mütləq qida rasionunda yer almalıdır. Kişmiş dəmirlə zəngindir. Diş və sümükləri gücləndirir. İnsana enerji verir. Hamilələrə və əmizdirən analara tövsiyə olunur”.

Həkimin sözlərinə görə, ideal çəkidə qalmaq istəyənlər kişmişin ehtiva etdiyi kalorini nəzərə almalıdırlar:

"1 armudu stəkan kişmişdə 325 kalori olur. Ona görə də, kökəlmək istəyənlər kişmiş yeməlidirlər. İdeal çəkisini qorumaq istəyənlər isə həftədə 2-3 dəfə yarım stəkan kişmiş  yeməklə kifayətlənsinlər”.

Həkim bildirir ki, kişmiş göz problemlərini aradan qaldırır, bağırsaq xərçənginin qarşısını alır.

"Göz üçün çox faydalıdır. Xərçəng xəstəliyinə, xüsusilə də bağırsaq xərçənginə qarşı təsirlidir. Klimaks dövründə qadınlar bol miqdarda kişmiş yeməlidirlər. Beləliklə, klimaks səbəbindən orqanizmdə baş verən dəyişikliklər daha gec nəzərə çarpacaq”.
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 4 243
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri