Yay mövsümünün içkiləri

Şərhlər: 6
Baxılıb: 1 734
Səs ver:
(səs: 3)
Yay mövsümü üçün Ramazan ayında çox uzun müddətlə yemək və içkilərdən uzaq qalmaq sizə mənfi təsir edə bilər. Ona görə də sizə bəzi içki reseptləri təqdim edirik ki, onlar sizin sağlamlığınızı qoruya bilər.  
Yay mövsümünün İDDİALI içkiləri
Göy Limon sərinliyi üçün, 2 ədəd göy limon, 1 çay qaşığı yaşıl qəhvə, 400 ml su, İstədiyiniz qədər buz. Göy limonlardan birinin suyunu sıxın digərini dilimləyin və su, yaşıl qəhvə, buz ilə qarışdırın.
Aromalı mineral su üçün lazımlı vəsaitlər, 2 şüşə təbii mineral su, 1 paket yaşıl çay, 1 kiçik kasa reyhan, 1 dənə xiyar. Reyhanı incə incə doğrayın və xiyarları dilimləyin, mineral su ilə qarışdırın və yaşıl çay əlavə edin, dəmləndikdən sonra için.
Badam südü isə E vitamini məzmunu və yüksək antioksidant xüsusiyyəti ilə dəri yaşlanmasını önləyir. 200 ml badam südü, 1 çay qaşığı vanil, 100 qram təzə qırmızı meyvələr (çiyələk, moruq, böyürtkən, Qaratut kimi) istənildiyi qədər buz. Bütün vəsaitləri qarışdırıb blenderdan keçirib içə bilərsiniz.
Kakaolu süd üçün də, 200 ml süd, 1 çay qaşığı kakao, 20 qram bitter şokolad, 100 qram banan.
Bütün vəsaitləri qarışdırıb blenderdan keçirin, istəyə bağlı buz əlavə edə bilər ya da isti içə bilərsiniz. Suyunuzu şirinləşdirmək da mümkün. 2 paket ağ çay, 1 dənə Çubuq darçın, 2 dənə qərənfil, bir dilim qurudulmuş portağal, ananas, kivi, 1 litr su. Bütün vəsaitləri 1 litr su ilə qarışdırın, gün ərzində için.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 1 734
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri