Gül yağının faydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 776
Səs ver:
(səs: 2)
Gül yağı gözəlləşmək istəyənlərin ən sevimli vasitəsinə çevrilə bilər. Çünki bu yağla həm saça, həm də dəriyə asanlıqla qulluq etmək mümkündür.

Qadinlar.biz gül yağının faydalarını araşdırıb:

1.Dərinin elastikliyini artırır, qırışları açır
Xüsusilə, 30 yaşdan sonra dəridə hiss edilən sallanmanın qarşısını alamaq üçün gül yağından faydalanmaq olar. Gül yağı dərini cavanlaşdırıb gəncləşdirəcək. Ancaq bunun üçün yaşlanmağı gözləməyin. 20 yaşdan etibarən gül yağından istifadə etmək olar. Unutmayın ki, dəri sallanmasının və qırışların qarşısını almaq onları aradan qaldırmaqdan daha asandır.

2. Saç tökülməsinin qarşısını alır
Saçın köklərini gücləndirdiyi üçün tökülmənin qarşısını alır. Saçı qidalandırır və uzanmasına kömək edir. Həftədə bir dəfə baş dərisinə tərkibində gül yağı olan maska çəkin. Təsirini qısa müddətdə hiss edəcəksiniz.

3. Bakteriyaları və mikrobları məhv edir
Bakteriyaları məhv etdiyi üçün sızanaqların qarşısını alır. Bədənin hər yerində istifadə edilə bilər.

4. Yara izlərini yox edir
Gül yağı sayəsində sızanaq və yara izlərindən xilas ola bilərsiniz. Dəridə yaranan çatlara qarşı da faydalıdır.

5. Qoxusu sakitləşdirir və dinclik verir
Əsəblərinizi sakitləşdirmək, dincliyə qovuşmaq, depressiyadan çıxmaq üçün gül yağını boynunuza və ya biləklərinizə çəkin. Dərhal effekt verəcək.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 776
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri