Gül
yağı gözəlləşmək istəyənlərin ən sevimli vasitəsinə çevrilə bilər.
Çünki bu yağla həm saça, həm də dəriyə asanlıqla qulluq etmək mümkündür.
Qadinlar.biz gül yağının faydalarını araşdırıb:
1.Dərinin elastikliyini artırır, qırışları açır
Xüsusilə,
30 yaşdan sonra dəridə hiss edilən sallanmanın qarşısını alamaq üçün
gül yağından faydalanmaq olar. Gül yağı dərini cavanlaşdırıb
gəncləşdirəcək. Ancaq bunun üçün yaşlanmağı gözləməyin. 20 yaşdan
etibarən gül yağından istifadə etmək olar. Unutmayın ki, dəri
sallanmasının və qırışların qarşısını almaq onları aradan qaldırmaqdan
daha asandır.
2. Saç tökülməsinin qarşısını alır
Saçın
köklərini gücləndirdiyi üçün tökülmənin qarşısını alır. Saçı
qidalandırır və uzanmasına kömək edir. Həftədə bir dəfə baş dərisinə
tərkibində gül yağı olan maska çəkin. Təsirini qısa müddətdə hiss
edəcəksiniz.
3. Bakteriyaları və mikrobları məhv edir
Bakteriyaları məhv etdiyi üçün sızanaqların qarşısını alır. Bədənin hər yerində istifadə edilə bilər.
4. Yara izlərini yox edir
Gül yağı sayəsində sızanaq və yara izlərindən xilas ola bilərsiniz. Dəridə yaranan çatlara qarşı da faydalıdır.
5. Qoxusu sakitləşdirir və dinclik verir
Əsəblərinizi
sakitləşdirmək, dincliyə qovuşmaq, depressiyadan çıxmaq üçün gül yağını
boynunuza və ya biləklərinizə çəkin. Dərhal effekt verəcək.