Vaxtinan qabaq və gecikmis dogus

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 8 795
Səs ver:
(səs: 0)

Hamiləliyin 28-ci həftəsindən 36-cı həftəsinə qədər baş verən doğuşlar vaxtından qabaq doğuşlar sayılır. Belə doğuşlar nəticəsində doğulmuş uşaqlara isə yarımçıq doğulmuşlar deyilir.

Vaxtından qabaq doğuşların səbəbləri:

- ananın müxtəlif xəstəlikləri;

- gecikmiş toksikozlar;

- çoxdöllülük və dölyanı suların artıqlığı zamanı uşaqlığın həddindən artıq gərilməsi;

- hamilənin travmatik zədələnmələri;

- hamiləlik dövründə streslərin çox olması;

- qadının bir sıra xəstəlikləri və s.

Vaxtından qabaq doğuş təhlükəsi qeyd edilən bu faktorların ana və dölə mənfi təsirindən ibarətdir. Hamiləliyin istənilən dövründə qarında və ya beldə sancı şəkilli ağrıların, uşaqlıq yolundan qanlı ifrazatın meydana çıxması halları təcili olaraq həkimə müraciət etməyi tələb edir.

Hamiləlik müddətinin 42 həftə və daha artıq müddətdə davam etməsindən sonra baş verən doğuşlara gecikmiş doğuşlar deyilir. Bu zaman doğuş müddətinə qədər (normada 40 həftə) fəaliyyət göstərərək dölü oksigen və qida maddələri ilə təmin etmiş olan cift qocalaraq bir qədər zəif fəaliyyət göstərməyə başlayır. Bu isə döl orqanizmində müəyyən patoloji proseslərin başlanmasına səbəb olur. Vaxtından artıq daşınan dölün baş sümükləri bərkiyərək, doğuş prosesi zamanı onun uşaqlıq yolu ilə hərəkətini çətinləşdirir. Oksigen çatışmazlığından döl ilk nəfəsini uşaqlıq daxilində ala bilər ki, bu zaman dölyanı maye onun tənəffüs yollarına daxil olur. Bu vəziyyət ciddi müalicə və ağ ciyərlərin uzun müddətli süni ventilyasiyasını tələb edir.

Dölün vaxtından artıq daşınmasının həqiqi halı müalicə həkimi tərəfindən aparılan əlavə müayinə üsullarının köməkliyi ilə dəqiqləşdirilir. Bu zaman əksər hallarda doğuşu süni şəkildə yaradırlar. Dölün həqiqi vaxtından artıq daşınmalarında dölyanı suların miqdarı az, rəngi yaşıla çalan, konsistensiyası isə qatı olur.

Bəzən dölün yanlış vaxtından artıq daşınması hallarına da təsadüf edilir. Bu zaman doğuş fəaliyyətinin olmaması dölün inkişafının ləngiməsi ilə əlaqədar olur ki, bu da döl üçün çox da təhlükəli hesab olunmur.

 

P.S.Menim kimi ana olmaga hazirlasan xanimlarimiza saglam ve rahat ovlad dunyaya getirmeyi arzulayiram.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 8 795
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri