Evində Wi-Fi olanların diqqətinə

Şərhlər: 31
Baxılıb: 1659
Paylaş:
Səs ver:
(səs: 6)
Kabelsiz bağlantı sistemi ən çox uşaqlara mənfi təsir edir, hətta xərçəngə yol açır

İnternet olan hər evdə kabelsiz bağlantı (Wi-Fi) standart halını alıb. Wi-Fi kəşf olunanda çoxlarımız bunu sevinclə qarşılasaq da, alimlərin araşdırmaları göstərdi ki, simsiz rabitə vasitəsinin üstün tərəfləri qədər, cana ziyanı da varmış. Buna görə də bir sıra Avropa ölkələrində ictimai təşkilatlar hökumətdən tələb edirlər ki, ən çox uşaqlara təsir edən Wi-Fi-ın bağçalarda və orta məktəblərdə istifadəsi məhdudlaşdırılsın.
 
Məsələn, İngiltərədə Müəllimlər Dərnəyi hökumətə müraciət edərək məktəblərdən Wi-Fi-ın yığışdırılmasını tələb edib. Hətta sözügedən ölkədə bəzi məktəb rəhbərləri kabelsiz internet bağlantısını yığışdırıblar. Kanadada da bir sıra orta məktəblər simsiz rabitədən imtina edib.
 
Uşaqlar radiasiyanı daha çox qəbul edir
 
Wi-Fi ikinci dünya müharibəsi zamanı düşmənin uçan obyektlərini təyin etmək üçün quraşdırılan və güclü şüalanma verən radar operatorları ilə müqayisə edilir və insan orqanizminə vurduğu ziyana görə eyniləşdirilir. Ümumiyyətlə, mikrodalğalı radiasiyadan ilk dəfə ikinci dünya müharibəsi zamanı istifadə edilib.
Alimlərin hesablamalarına görə, 3 yaşından 16 yaşına qədər uşaqlar əvvəlcə uşaq bağçasında, daha sonra isə məktəbdə 10 min saat simsiz rabitə vasitələrinin şüalarına məruz qalırlar.
 
Britaniyanın "Sunday Mirror” qəzetinin mütəxəssislərə istinadən yazdığına görə, uşaqların beyinləri kiçik olduğu və onların beyinlərində su az olduğu üçün mikrodalğalar onlara sürətli və tez təsir edir: "Uşaqlar radiasiyanı daha çox qəbul etmək xüsusiyyətinə malik olduğu üçün bu şüaların beyin şişi yaratma riski daha böyükdür. Məsələn, mobil telefonun uşaq olan otaqda iki dəqiqə zəng çalması uşaq beyininin funksiyasını 1 saatlıq dəyişir”.
 
Xərçəngə aparan yol
 
Alimlərin araşdırmalarına görə, 5 yaşlı uşağın bədəninə ətrafdakı elektromaqnit dalğaları böyüklərdən 60 faiz çox hopur. Hətta şüalanma səbəbi ilə uşaqların sümük iliyi xəstəliyinə tutulması da böyüklərdən 10 dəfə çoxdur. Beynəlxalq Xərçəng Xəstəliyi Araşdırmaları Agentliyi də elan edib ki, mobil rabitə vasitələrində istifadə olunan radiotezliklər insan bədəni üçün xərçəng xəstəliyini əmələ gətirən potensial vasitədir.
 
Müsahibimiz Fəridə Bağırova 14 yaşlı dayısı oğlunun sümük iliyi xərçəngindən dünyasını dəyişdiyini bildirdi: "O, bütün günü yemədən-içmədən İnternetin qarşısında otururdu. Gün ərzində demək olar ki, bir dəfə yemək yeyirdi, internetin qarşısında oturmaqdan iştahasızlıq yaranmışdı və uşaq gündən-günə arıqlamağa başladı. Türkiyəyə apardıq. Dedilər ki, İnternetin qarşısında çox oturduğundan elektromaqnit dalğaları sümük iliyi xəstəliyinə səbəb olub”.
Yuxusuzluq, miqren, ürək döyüntüsü...
 
İKT mütəxəssisi Ramil Qafarovun sözlərinə görə, Wi-Fi insan sağlamlığı üçün potensial təhlükədir: "Buna görə də gecələr yatanda, yaxud gündüzlər istifadə edilməyəndə modemi söndürmək məsləhətdir. Çünki istifadə edilməsə belə, açıq qalan modem evdə elektromaqnit dalğaların yaranmasına səbəb olur. Alimlərin apardığı araşdırmalara görə, wi-fi yuxu problemi, ürək döyünməsi, miqren, ümumi zəiflik yaradır. Hətta bu xəstəliklərin hamısının bir arada olmasına da səbəb olur. Elektromaqnit dalğaları insan toxumalarına zərər verir, hüceyrələrdə DNT pozğunluğuna da yol aça bilir”.
 
Terapevt Məlahət Abbasova da bildirdi ki, İnternetdən çox istifadə edənlərdə ümumi zəiflik və qan azlığı yaranır: "Elektromaqnit şüaları şişlərin yaranmasına, yaddaş pozğunluğuna və beyinə zədə vuracaq digər nəticələrə də gətirib çıxarır. Bu şüalar insanın təbii enerji sahəsinə ziyan vurur, stressə səbəb olur, ürək bulanması, baş ağrısı, yorğunluq yaradır. Xüsusilə hamilə qadınların Wi-Fi olan yerdən uzaq durması məsləhətdir”.
 
Nə etməli?
 
Həkimlər Wi-Fi-dan az zərər çəkmək üçün aşağıdakıları məsləhət görür:
1) Wi-Fi aparatını insanın daha çox vaxt keçirdiyi yerlərdən (çarpayı, stol, divan) ən azı 1 metr uzağa qoymaq lazımdır;
2) Böyük həcmdə faylları və videoları yalnız in ternetin sürəti yaxşı olduğu zaman yükləyin (əks halda, işləmək üçün əlavə güc sərf edən aparat daha çox şüa buraxır);
3) Modemdən istifadə etmədikdə söndürün, əks halda, o, yenə də şüa yayacaq;
4) Yatdığınız otaqda modem qoymayın.

loading...
(səs: 6)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Meleknur
Bizde de 7/24 saat iwleyir heyatda her wey ziyanlidi amma tez-tez xarab olur yenisin alirig telefon xettimizdenmiw o da
16 avqust 2015 23:19
31
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Offline
Dosta_inam
Indi her sey ziyandir.
12 iyul 2015 06:27
30
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Catwoman666
evimizde wifi hemise aciqdi zererli oldugunu da bilirem
12 iyul 2015 05:24
29
Viking
Offline
VIP
Şüasının ziyanlı oldugunu bilirdim hətta beyini qurutdugunu da eşitmişəm bizdə də vayfay var hər zaman işləyir söndürmürük sabahdan etibarən otagdan uzaglaşdıram uşaglarıma görə qorxdum
12 iyul 2015 02:38
28
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Offline
Sucan
bizim wifi seherden axsama qeder idliyir hec bir ziyani gormedik wifisiz olmur darxirq onda ))
12 iyul 2015 01:32
27
Offline
EsmaNur
biz modemi aylarnan söndürmürük
11 iyul 2015 22:19
26
Offline
canr
Bizde de var hec sondurmuruk
11 iyul 2015 21:20
25
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
Offline
Marta
Biz dehlize qoymusuq.
11 iyul 2015 20:49
24
Немного терпения, и у тебя все получится..
Offline
Denizimm
bizde gunun 24 saati aciqdi
11 iyul 2015 20:29
23

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
Offline
naz_vefa
Bizde de var 7 24 iwleyir heleki bi ziyanin gormemiwik
11 iyul 2015 19:19
22
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
Offline
my_angel
Bizdə də var Wi-Fi. Şüa yaydığı haqda məlumatım var idi,lakin xərçəngə aparan yol olduğunu bilmirdim. Həkim məsləhətinə əməl edərik))
11 iyul 2015 18:39
21
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Offline
xeyalperest
Wifi bizde yoxdu.Amma indi onsuz her şey ziyanli her şey elektrikle oldugna gore guclu şua verietel,tv,komp her şey
11 iyul 2015 18:30
20
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Offline
aliceWOnDer
Men gozumu acandan evde wi-Fi var , helede bir ziyani olmayib..
11 iyul 2015 18:19
19
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
Brilliantam
Hal hazirki zemanede her seyin ziyani var,texnalogiyanin inkisafi insanlarda omur qisaligina getirib cixatdir.Ne tebii yemekler yeyirik,ne de temiz hava uduruq.Yediklerimizin,icdiklerimizin 90% i ximikatdir.Allah ozu bize komek olsun.
11 iyul 2015 17:47
18
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
Offline
hazal♡
Indiki zamanda hersey ziyanda wifi de ele bizde var oturduqumuz otaqdadi isledimeyende cirarmiriq tokdan yatandada cixaririq.
11 iyul 2015 17:19
17
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
Offline
Fialka
Modemdən istifadə edirik yəni mümkünsüz bir şeydir ki, istifadə olunmasın ) lakin elə bir yerdədir ki, çətin gəlib zərər versin onun şüası))
11 iyul 2015 16:30
16
Offline
14MsM
bizde var wifi ama ne xestelik deyilki aldigimiz hava bele cirklidi su onunkimi nedi halal nedi temiz he
11 iyul 2015 16:17
15
Offline
yarpaq33
Bizdede var fasilesiz iwleyir hec sondurmuruk
11 iyul 2015 15:52
14
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
vipbetul
bunun tehlukesi barede bilirdim
11 iyul 2015 15:50
13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
GünƏşimƏ_AiD_
yoxdu Wifim agla yoo aqlamiramki
11 iyul 2015 15:37
12
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook