Şəkər xəstəliyi haqqında doğru bildiyimiz yanlışlar

Müəllif: guler19
Şərhlər: 7
Baxılıb: 892
Paylaş:
Səs ver:
(səs: 2)
Şəkər xəstəliyi son zamanlarda geniş yayıldığı üçün onun müalicəsi, şəkər xəstələrinin qidalanması, idman edə bilməsi və şəkər xəstəliyi haqqında digər məlumatlar çoxlarını maraqlandırır. 

Səhv: Şəkər xəstələri ümumiyyətlə, heç bir şey etməməlidir. 

Doğrudur: Əksinə, şəkər xəstələri yemək saatına dəqiqliklə əməl etməlidir. Bu, qan şəkərini normaya salmaq üçün vacibdir. Yatmazdan bir neçə saat əvvəl az şəkərli meyvə, məsələn, alma, armud, alça yemək uyğundur. 

Səhv: İnsulin müalicəsi asılılıq yaradır. 

Doğrudur: İnsulin müalicəsi lazımdırsa, mütləq başlanmalıdır. Vərdiş və ya asılılıq yaratmır. 

Səhv: İnsulinə nə qədər gec başlansa, o qədər yaxşıdır. 

Doğrudur: Erkən insulin müalicəsi mədəaltı vəzilərini qoruyur, orqanizmin yeni insulin istehsal etməsini dəstəkləyir. 

Səhv: Çox dərman qəbul etmək mənim üçün zərərlidir. 

Doğrudur: Lazım olan dərmanlar, reseptlər zamanında və həkim nəzarətində yazılmalıdır. Bədənin ehtiyacı varsa, az və ya çox dərman fərq etmədən qəbul etmək şərtdir. 

Səhv: Əsəblər pozulanda, şəkərim qalxır. 

Doğrudur: Qan şəkəri düşəndə ürək döyüntüsü artır, tərləmə gəlir, əhval korlanır. Şəkər yüksələndə bunlar baş vermir. 

Səhv: Diabet xəstəliyi müvəqqətidir. 

Doğrudur: Şəkər xəstəliyi ömür boyu davam edən xroniki xəstəlikdir. Yaxşı müalicə ilə diabet xəstəliyinin mənfi təsirlərindən qorunmaq mümkündür. 

Səhv: Şəkər xəstələri idman edə bilməz. 

Doğrudur: Şəkər xəstələri yeriş, üzgüçülük, velosiped kimi aşağı tempdə idman növləri ilə məşğul ola bilərlər. Hətta bu sağlamlıqlarına daha yaxşı təsir edir. 

Səhv: Şəkər xəstələri əməliyyat ola bilməz. 

Doğrudur: Şəkər səviyyəsi diqqətlə təqib edildikdə şəkər xəstələri də hamı kimi əməliyyat oluna bilər. 

Səhv: Şəkər dərmanları hər zaman eyni dozada istifadə edilir. 

Doğrudur: Şəkərin səviyyəsinə görə dərman miqdarı azalıb çoxala bilər. 

Səhv: Şəkər xəstələrinə limon yaxşı təsir edir. 

Doğrudur: Xalq arasında limonun şəkəri aşağı saldığı söylənilir, ancaq bu mövzuda elmi tədqiqatlar aparılmayıb və bu məlumatın doğruluğu sübut olunmayıb. 

Səhv: Diabetə təkcə yaşlılar arasında rast gəlinir. 

Doğrudur: Son illərdə qeyri-sağlam qidalanma və hərəkətsiz həyat nəticəsində uşaqlar və gənclərdə də diabet xəstəliyinə rast gəlinir. 

Səhv: Meyvə suyu içmək zərərsizdir. 

Doğrudur: Bir stəkan meyvə suyunu əldə etmək üçün ən azı 3 ədəd meyvə sıxmaq lazımdır, bu da qan şəkərini birdən yüksəldir və xəstəyə zərər verir. Bu səbəblə diabet xəstələri meyvələri sıxmadan, yalnız bir ədəd yeməlidir. 

Səhv: Şəkər xəstəliyi kökəlməyə səbəb olur. 

Doğrudur: Xəstə qan şəkərini yüksəltmək üçün şirin yemək yeyirsə və ya yuxarıda qeyd etdiyimiz kimi idmanla məşğul olmaq zərərdir deyə düşünürsə, pis qidalanma və hərəkətsiz həyat tərzi kökəlməyə səbəb olur.

loading...
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 892
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
efsane..
seker normal pehriz teleb edir gerek diqqetli olasanki pis hala gelmesin
20 aprel 2016 15:29
7
Offline
vipbetul
Allah butun xesdelere sefa versin insallah
19 aprel 2016 23:18
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Fi-Ra
Bir yaxınımda var şəkər. Burda yazılan doğrulara əməl edir. Hardasa normada saxlaya bilir.
19 aprel 2016 22:55
5
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Offline
Fialka
Bəzi məlumatları bilirdim atamda da bu xəstəlik var təəssüf ki,..amma digər səhv olan doğruları bilməkdə faydalı oldu təşəkkürlər.
19 aprel 2016 15:07
4
Offline
Aybə
Mənim anam çox susayırdı həmişə deyirdiki mən şəkərəm yoxlatdırdı şükürki şəkəri çıxmadı.
19 aprel 2016 13:15
3
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
Offline
qanadli melek
Son vaxtlarda cox yayilmiw ve cavanlawmiw xesteliklerden biride budu.bacimin qaynanasi wekerdi uwaqin sesi cixan kimi deyr nervlendim wekerim qalxdi demeli yalan deyirmiw nerviyle weker qalxmir)
19 aprel 2016 12:37
2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
BARBI
Menim de sekerim asagidir. Daim nezaret edirem. Bu hallarda bas gicellenmesi olur
19 aprel 2016 12:33
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv