Şəkər
xəstəliyi son zamanlarda geniş yayıldığı üçün onun müalicəsi, şəkər
xəstələrinin qidalanması, idman edə bilməsi və şəkər xəstəliyi haqqında
digər məlumatlar çoxlarını maraqlandırır.
Səhv: Şəkər xəstələri ümumiyyətlə, heç bir şey etməməlidir.
Doğrudur:
Əksinə, şəkər xəstələri yemək saatına dəqiqliklə əməl etməlidir. Bu,
qan şəkərini normaya salmaq üçün vacibdir. Yatmazdan bir neçə saat əvvəl
az şəkərli meyvə, məsələn, alma, armud, alça yemək uyğundur.
Səhv: İnsulin müalicəsi asılılıq yaradır.
Doğrudur: İnsulin müalicəsi lazımdırsa, mütləq başlanmalıdır. Vərdiş və ya asılılıq yaratmır.
Səhv: İnsulinə nə qədər gec başlansa, o qədər yaxşıdır.
Doğrudur: Erkən insulin müalicəsi mədəaltı vəzilərini qoruyur, orqanizmin yeni insulin istehsal etməsini dəstəkləyir.
Səhv: Çox dərman qəbul etmək mənim üçün zərərlidir.
Doğrudur:
Lazım olan dərmanlar, reseptlər zamanında və həkim nəzarətində
yazılmalıdır. Bədənin ehtiyacı varsa, az və ya çox dərman fərq etmədən
qəbul etmək şərtdir.
Səhv: Əsəblər pozulanda, şəkərim qalxır.
Doğrudur: Qan şəkəri düşəndə ürək döyüntüsü artır, tərləmə gəlir, əhval korlanır. Şəkər yüksələndə bunlar baş vermir.
Səhv: Diabet xəstəliyi müvəqqətidir.
Doğrudur:
Şəkər xəstəliyi ömür boyu davam edən xroniki xəstəlikdir. Yaxşı müalicə
ilə diabet xəstəliyinin mənfi təsirlərindən qorunmaq mümkündür.
Səhv: Şəkər xəstələri idman edə bilməz.
Doğrudur:
Şəkər xəstələri yeriş, üzgüçülük, velosiped kimi aşağı tempdə idman
növləri ilə məşğul ola bilərlər. Hətta bu sağlamlıqlarına daha yaxşı
təsir edir.
Səhv: Şəkər xəstələri əməliyyat ola bilməz.
Doğrudur: Şəkər səviyyəsi diqqətlə təqib edildikdə şəkər xəstələri də hamı kimi əməliyyat oluna bilər.
Səhv: Şəkər dərmanları hər zaman eyni dozada istifadə edilir.
Doğrudur: Şəkərin səviyyəsinə görə dərman miqdarı azalıb çoxala bilər.
Səhv: Şəkər xəstələrinə limon yaxşı təsir edir.
Doğrudur:
Xalq arasında limonun şəkəri aşağı saldığı söylənilir, ancaq bu mövzuda
elmi tədqiqatlar aparılmayıb və bu məlumatın doğruluğu sübut
olunmayıb.
Səhv: Diabetə təkcə yaşlılar arasında rast gəlinir.
Doğrudur:
Son illərdə qeyri-sağlam qidalanma və hərəkətsiz həyat nəticəsində
uşaqlar və gənclərdə də diabet xəstəliyinə rast gəlinir.
Səhv: Meyvə suyu içmək zərərsizdir.
Doğrudur:
Bir stəkan meyvə suyunu əldə etmək üçün ən azı 3 ədəd meyvə sıxmaq
lazımdır, bu da qan şəkərini birdən yüksəldir və xəstəyə zərər verir. Bu
səbəblə diabet xəstələri meyvələri sıxmadan, yalnız bir ədəd
yeməlidir.
Səhv: Şəkər xəstəliyi kökəlməyə səbəb olur.
Doğrudur:
Xəstə qan şəkərini yüksəltmək üçün şirin yemək yeyirsə və ya yuxarıda
qeyd etdiyimiz kimi idmanla məşğul olmaq zərərdir deyə düşünürsə, pis
qidalanma və hərəkətsiz həyat tərzi kökəlməyə səbəb olur.