Qadınların ortaq dərdi: Sistit

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 088
Səs ver:
(səs: 0)
Xalq arasında "sidiyə çətin çıxma” adlandırılan "sistit” demək olar ki, hər qadının problemidir. Xəstəliyin ən sadə tərifi: "infeksiya nəticəsində sidik kisəsinin iltihabı”. Ancaq səbəb ola biləcəyi ciddi problemləri diqqətə alsaq, onun adi bir narahatlıq olmadığı aydın olur.

Səbəbi nədir?
Qadınların anatomiyası yoluxucu xəstəliklərə məruz qalma məsələsində daha "açıq” bir quruluşa sahibdir. Buna görə də sidik yollarında, ya da nəsil artırma orqanlarında ola biləcək infeksiya riski olan xəstəliklərin sayı olduqca çoxdur. Bu məsələdə diqqətsiz olmaq sistitin ortaya çıxması üçün ən böyük faktordur. Məsələn, ümumi tualet, ya da sintetik parçadan hazırlandığı üçün əslində bakteriya yuvası olan alt paltarı sistitə səbəb ola bilər.  Sistitə gətirib çıxaran digər səbəblərsə bunlardır:
- Cinsi əlaqə zamanı və ya genital bölgədə təmizliyin lazımi səviyyədə olmadığı hallarda,
- Sidiyin uzun müddət saxlanılması,
- Sidik yollarını daraldan xəstəliklər.
- Sistitin ən sıx rast gəlinən səbəbi isə "Escherichia Coli” adlanan bakteriyalardır. Bu bakteriyaların ən əhəmiyyətli xüsusiyyəti çox sürətlə törəmələridir.

Bakteriyalar alt sidik yollarını aşaraq sidik kisəsinə çatır. Sidik kisəsinə çatan bakteriyalar sidiklə xaric edilir. Ancaq bakteriyaların sayı xaric ediləndən çox olduqda sidik kisəsində və daha sonrakı mərhələdə böyrəklərdə iltihablanmağa yol açır. Mütəxəssislərin rəyinə görə, qadınların yüzdə 20-si həyatı boyunca ən azı bir dəfə sistitə tutulur. Əgər düzgün müalicə alınmasa, xəstəlik qadının həyatını qaraldan bir hala çevrilir... Sistitin ən pis tərəfi sidik kisənizdə sidik olmadığı halda keçirdiyiniz yanma hissinin sizi tualetə getməyə məcbur etməsi və sidik ifrazı əsnasında əziyyət çəkməyinizdir. Problemi yalnız antibiotiklə həll etməyə çalışmaqla bakteriyalardan dərhal xilas olmaq mümkün olmadığından, xəstəlik xroniki hal ala bilər. Hətta xəstəlik böyrəklərə təsir etməklə yanaşı, hamiləlik müddətində problemlərə yol aça bilər. Sadə bir infeksiya hadisəsi kimi görünsə də, laqeydlik göstərildiyi zaman sistit həyatınızı kabusa çevirə bilər. Bir çox qadın üçün "ötəri” bir problemdən başqa bir şey olmayan bu xəstəliyin xroniki hal alması və onun fəsadları uşaq sahibi olmağınıza da maneçilik törədə bilər!

Əlamətləri və müalicəsi nədir?
Xəstəliyin ilk mərhələdə əlamətləri şəxsə görə dəyişsə də, ümumi anlamda eyni xəttdə irəliləyir. Sidik xarici əsnasında yanma və göynəmə (bu, sidik ifrazından sonra da davam edə bilər), tez-tez sidiyə çıxma, qasıqda və anusda ağrı, temperaturun qalxması, tərləmə, yorğunluq, qusma və ürəkbulanma, cinsi əlaqə zamanı ağrı hissi xəstəliyin əsas əlamətləridir.

Hər bir xəstəlik kimi sistit də ancaq həkim nəzarəti altında müalicə edilə bilər. Ümumiyyətlə, müalicə antibiotiklər yolu ilə həyata keçirilir. Ancaq bu, yenə də həkiminizin sizin üçün uyğun hesab etdiyi antibiotik olmalı və nizamlı istifadə edilməlidir. Sistitin müalicəsində edilən ən böyük səhv əlamətlər ortadan qalxar-qalxmaz sağaldığı qənaətinə gələrək dərmanları buraxmaqdır. Bu bakteriyalar tamamilə yox olmadan müalicəni dayandırdığınız üçün xəstəliyin təkrarlanmasına və xroniki hal almasına gətirib çıxarır. Həyata keçirəcəyiniz tədbirləri isə bu şəkildə sıralaya bilərik:

- Tualetdən sonra genital bölgə təmizliyini "öndən arxaya doğru” edin. Beləcə, bakteriyaların sidik yollarına girməsinə maneə yaradarsınız.

- Sidiyinizi tutmayın və bacardığınız qədər tez-tez xaric edin. Beləcə, bakteriyaları kənar edərsiniz. Ayrıca bol-bol su içmək sidik ifrazını və beləliklə də bakteriyaların xaric edilməsini artırır.

- Cinsi əlaqədən sonrakı on dəqiqə ərzində mütləq sidik ifraz etməyə çalışın.

- Sintetik parçalardan çəkinin və çox sıx alt paltarları geyməməyə diqqət yetirin.

- Hər gün mütləq alt paltarınızı dəyişin və pambıqdan hazırlanmış alt paltarlarını seçin.

Təyin edilmiş müalicə ilə sistit əlamətləri 24 saat içində itir. Ancaq xəstəliyin gedişatı mikrobun növünə, risk faktorların aradan qaldırılmasına bağlıdır. Əlamətlər aradan qalxsa da, müalicənizə həkiminizin təyin etdiyi şəkildə davam etməlisiniz.

Hansı bitkilər faydalıdır?
Sidik yolu infeksiyalarına qarşı ən yaxşı qoruyucu limon suyudur. Limon suyu təkrarlanan sistitlərdən qorunmada yaxşı vasitədir. Bununla yanaşı, böyürtkən də xeyirlidir. Cəfəri də bu baxımdan faydalı sayıla bilər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 088
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri