Uşaqlıq boynu eroziyası haqqında yanlış fikirlər

Müəllif: emis
Şərhlər: 9
Baxılıb: 2851
Paylaş:
Səs ver:
(səs: 0)

Statistikaya əsasən, hər 2-ci qadın bu problemlə üzləşir. Hal hazırda "eroziya" sözünün əvəzinə "ektopiya" sözü istifadə olunur.
Bu pozulmaya qadınlar arasında münasibət birmənalı deyil. Qadınların bir hissəsi bu xəstəlikdən çox qorxur və onu hətta xərçəngin başlanğıc forması hesab edirlər, digərləri isə əksinə eroziyanı ciddi pozulma kimi qəbul etmirlər.
Bu məqalədə biz qadınlar arasında yayılmış uşaqlıq boynu ektopiyası ilə bağlı olan bəzi yanlış bilikləri haqqında məlumat vermək istəyirik.

1. Eroziyanın səbəbi mexaniki zədədir (travma və s.).
Bəli, bir çox hallarda eroziyanın səbəbi məhz uşaqlıq boynu travması olur (düzgün qoyulmayan spiral, doğuş, abort və s. zamanı uşaqlıq boynu zədələnə bilər). Lakin eroziyanın səbəbi tək travma deyil, cinsi yolu ilə keçən infeksiyalar (hal hazırda çox yayılmış problemdir) da bir çox hallarda eroziyanın inkişafına səbəb olur.
Digər səbəb - cinsiyyət yollarının mikroflorasının pozulmasıdır. Bu pozulmaya immun sisteminin zəiflənməsi səbəb olur. Qadının cinsiyyət yollarında yaşayan xeyirli mikrobların sayı azalmağa başalyır, şərti patogen mikroorqanizmlər isə əksinə çoxalmağa başlayır ki, nəticədə burada iltihab və eroziya yaranır.

2. Bakirə qızlarda eroziya inkişaf edə bilməz.
Bu səhv fikirdir. Eroziya hətta kiçik yaşlı qızlarda inkişaf edə bilər. Bunun səbəbi yuxarıda qeyd etdiyimiz uşaqlıq yolunun mikroflorasının pozulmasıdır.

3. Eroziya  xərçəng deməkdir.
Bu da yanılmadır. Eroziya xərçəng deyil.
Bəli, eroziya ilə onkoloji xəstəliklər arasında müəyyən əlaqə var. Uşaqlıq boynunun istənilən zədələnmələri (eroziya isə məhz zədələnmədir) onkoloji dəyişikliklər üçün əlverişli şərait yaradır. Müalicəsiz buraxılmış xroniki iltihab (xüsusilə virus infeksiyası mövcuddursa) onkoloji xəstəliklərinin inkişafına səbəb ola bilər.
Bu səbəbdən uşaqlıq boynu eroziyası mütləq və vaxtında müalicə olunmalıdır.

4. Müalicə zamanı eroziya yandırılır.
Əvvəllər bu bir qayda idi - eroziya yandırılırdı. Hal hazırda bu müalicə üsuluna olan münasibət dəyişilib. Belə müalicə zamanı uşaqlıq boynu üzərində çapıqlar əmələ gəlir. Bu isə uşaqları olmayan cavan qadınlar üçün yolverilməzdir ki, gələcəkdə sonsuzluğa səbəb ola bilər.  Müasir tibbdə eroziyanın müalicəsi üçün daha qoruyucu yarasağaldan vasitələrdən istifadə olunur.
Eroziyanın müalicəsi ilk növbədə eroziyanın inkişafına səbəb olan amillərin aradan qaldırılmasına yönəlməlidir. Belə ki, əgər eroziyanın inkişafına infeksiya səbəb olubsa, ilk növbədə bu infeksiyanı müalicə etmək lazımdır. Əks halda sağaldılmış eroziya bir müddətdən sonra təkrar əmələ gələcək.

loading...
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2851
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
NERGIZ LOVE
Allah uzaq elesin
24 avqust 2015 20:50
9
SENI EBEDI QELBIME YAZDIM///
Offline
Catwoman666
Təhlükəli xəstəlikdir girl_impossible Allah şəfa versin bu xəstəlikdən əziyyət çəkənlərə! EHtiyatlı olmaq lazımdır.

...666...
24 avqust 2015 16:10
8
Viking
Offline
Nazlinci
Ay daaa kecen ay aborta getdim hekim dedi mende de var(((onkoloji xesteliklere sebeb oldugunu bilmirdim qorxu dusdu canima((((
24 avqust 2015 15:36
7
Offline
vipbetul
Allah uzaq elesin insallah
24 avqust 2015 13:43
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
dilefruz
sukur mende erozya yoxdu men muntezem olaraq muayineden kecirem
24 avqust 2015 10:37
5
Sevgi insani yasadan en xosbext duygudur
Offline
yarpaq33
Duzdu adin ewidende hamini vahime basir ama qorxmaq lazim deyil erozoya awkarlanan kimi derhal mualiceye bawlamaq lazimdi indi ele asan yollarla agrisizda yandirirlar
24 avqust 2015 09:32
4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
Mammadova Aysel
ALLAH xestelere sefa versin.hec kime gostermesin.
24 avqust 2015 08:56
3
Offline
BARBI
Offf menimde qorxdugum xesteliklerdendir. Esitdiyime gore mualicesi cox agrilidir.
24 avqust 2015 08:26
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Dosta_inam
Qadında en qorxduğum xesteliklerdendir.ona göre tez-tez ginekoloqa gedirem.tesekkür melumat üçün.
24 avqust 2015 05:20
1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv