Uşaqlıq boynu eroziyası haqqında yanlış fikirlər

Müəllif: emis
Şərhlər: 3
Baxılıb: 8 819
Səs ver:
(səs: 0)

Statistikaya əsasən, hər 2-ci qadın bu problemlə üzləşir. Hal hazırda "eroziya" sözünün əvəzinə "ektopiya" sözü istifadə olunur.
Bu pozulmaya qadınlar arasında münasibət birmənalı deyil. Qadınların bir hissəsi bu xəstəlikdən çox qorxur və onu hətta xərçəngin başlanğıc forması hesab edirlər, digərləri isə əksinə eroziyanı ciddi pozulma kimi qəbul etmirlər.
Bu məqalədə biz qadınlar arasında yayılmış uşaqlıq boynu ektopiyası ilə bağlı olan bəzi yanlış bilikləri haqqında məlumat vermək istəyirik.

1. Eroziyanın səbəbi mexaniki zədədir (travma və s.).
Bəli, bir çox hallarda eroziyanın səbəbi məhz uşaqlıq boynu travması olur (düzgün qoyulmayan spiral, doğuş, abort və s. zamanı uşaqlıq boynu zədələnə bilər). Lakin eroziyanın səbəbi tək travma deyil, cinsi yolu ilə keçən infeksiyalar (hal hazırda çox yayılmış problemdir) da bir çox hallarda eroziyanın inkişafına səbəb olur.
Digər səbəb - cinsiyyət yollarının mikroflorasının pozulmasıdır. Bu pozulmaya immun sisteminin zəiflənməsi səbəb olur. Qadının cinsiyyət yollarında yaşayan xeyirli mikrobların sayı azalmağa başalyır, şərti patogen mikroorqanizmlər isə əksinə çoxalmağa başlayır ki, nəticədə burada iltihab və eroziya yaranır.

2. Bakirə qızlarda eroziya inkişaf edə bilməz.
Bu səhv fikirdir. Eroziya hətta kiçik yaşlı qızlarda inkişaf edə bilər. Bunun səbəbi yuxarıda qeyd etdiyimiz uşaqlıq yolunun mikroflorasının pozulmasıdır.

3. Eroziya  xərçəng deməkdir.
Bu da yanılmadır. Eroziya xərçəng deyil.
Bəli, eroziya ilə onkoloji xəstəliklər arasında müəyyən əlaqə var. Uşaqlıq boynunun istənilən zədələnmələri (eroziya isə məhz zədələnmədir) onkoloji dəyişikliklər üçün əlverişli şərait yaradır. Müalicəsiz buraxılmış xroniki iltihab (xüsusilə virus infeksiyası mövcuddursa) onkoloji xəstəliklərinin inkişafına səbəb ola bilər.
Bu səbəbdən uşaqlıq boynu eroziyası mütləq və vaxtında müalicə olunmalıdır.

4. Müalicə zamanı eroziya yandırılır.
Əvvəllər bu bir qayda idi - eroziya yandırılırdı. Hal hazırda bu müalicə üsuluna olan münasibət dəyişilib. Belə müalicə zamanı uşaqlıq boynu üzərində çapıqlar əmələ gəlir. Bu isə uşaqları olmayan cavan qadınlar üçün yolverilməzdir ki, gələcəkdə sonsuzluğa səbəb ola bilər.  Müasir tibbdə eroziyanın müalicəsi üçün daha qoruyucu yarasağaldan vasitələrdən istifadə olunur.
Eroziyanın müalicəsi ilk növbədə eroziyanın inkişafına səbəb olan amillərin aradan qaldırılmasına yönəlməlidir. Belə ki, əgər eroziyanın inkişafına infeksiya səbəb olubsa, ilk növbədə bu infeksiyanı müalicə etmək lazımdır. Əks halda sağaldılmış eroziya bir müddətdən sonra təkrar əmələ gələcək.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 8 819
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri