Kariera qurmaq qadının xərçəngə tutulma riskini artırır!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 273
Səs ver:
(səs: 0)

Uzun bir təhsil dövrünün ardından iş həyatına atılan, sonrasında kariera qurmaq üçün çətin bir marafona başlayan günümüz qadınlarının xərçəng hədəsi altında olduğunu söyləyirBütün bu müddətin sonunda kec ana olmaq, iş həyatının stresi,balanssız qidalanma, hərəkətsiz həyat və həddindən artıq kosmetik istifadə kimi faktorlar; kariera qadınında döş,dəri və yumurtalıq xərçəngi nisbətlərini artırır.
Müasir həyatla birlikdə iş və ictimai həyatdakı rolları artan qadınların, artıq bircə diplomla əlini ətəyini çəkməsi dövrləri geridə qaldı. Günümüz qadınları artıq universitet doktortura, xaric deyərkən uzun bir təhsil müddətinin ardından əsl 20li yaşların ortasından etibarən həyata atılır. Alınan o qədər diplomla marafon bitmir, dərhal ardından bir də çətin bir kariera mübarizəsi başlayır!

Kariera qadınını hədələyən 10 fakt
1. İş mühitləri (bağlı mühitlər, həddindən artıq təcrid mühit və bu mühitlərdə olan karbon qazı)
2. Uzun iş müddətləri (xroniki yorğunluq, yuxusuzluq)
3. Yuxusuzluq və gecə işi (melatonin əksikliyi)
4. Performans stresi
5. Uzun təhsil həyatı və bunun nəticəsində kec evlilik və kec uşaq sahibi olma ya da heç uşaq olmaması
6. Əmizdirmə müddətlərinin qısalması
7. Ətraf çirkliliyinin çox olduğu və bir çox karsinojenin olduduğu metropol şəhərlər
8. İş həyatına yoldaşlıq edən balanssız qidalanma (fast-food, çərəzlər)
9. Ofis mühitindəki texnoloji mühit (cib telefonları, kompyuter əlaqələr)
10. İşləyən qadının baxımlı görünmək üçün istifadə etdiyi kosmetik məhsullar 


Qadınları xərçəngdən qoruyan 10 qızık təklif
1-Doğum etmək üçün kec yaşlara qalmayın, 30 yaşı keçirməyin
2-Sedanter həyat tərzindən xilas olmaq üçün nizamlı məşq edin
3-Mümkün olduğu qədər fast-foodla aranıza məsafə qoyun
4-Siqaret çəkirsinizsə çəkməyin
5-Spirtiçki içki içirsinizsə içməyin ya da miqdarını azaldın
6-Kosmetik məhsullardan mümkün olduğu qədər uzaq durun, seçərkən keyfiyyətli olmasına diqqət yetirin
7-Yuxunuza diqqət yetirin. Gündə 7-8 saat yatın.
8-Gecə yuxusuna xüsusilə əhəmiyyət verin və qaranlıq bir otaqda yatın.
9-Evlərinizi və ofislərinizi mümkün olduğu qədər havalandırın.
10-İş xaricində cib telefonu və kompyuterdən uzaq durun.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 273
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri