İslamın nəzərində azadlıq nədir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 020
Səs ver:
(səs: 3)
Quranın nəzərinə görə azadlıq nədir? Əvvəl azadlıq sözünü mənalandırmağa çalışaq.

Azadlıq – bir işi yerinə yetirmək və ya tərk etmək üçün yolun açıq olmasıdır. Azadlığın insanlıq ilə sıx əlaqəsi vardır. Çünki azadlıqsözü insana aiddir. Ona görə insan olmadan azadlığa tərif vermək olmaz. İnsanda elə qüdrət vardır ki, başqa məxluqlara hakim ola bilir.

Ancaq eyni zamanda onları qorumaq vəzifəsini də daşıyır.

Bəli, insanın cismi məhduddur və özünəməxsus ehtiyacları vardır. Bu səbəbdən azadlıq haqqında dərindən düşünən zaman dərk edirik ki, azadlıq ruhun istədiyi və meyil etdiyi bir məfhumdur. Yəni, azadlığı istəyən insanın ruhudur, cismi deyil.

Bəs İslam dini ruhun azad olmasına necə baxır?

Allah da bəndələrini azad yaratdığı üçün istəyir ki, heç bir bəndəsi başqa bəndənin qulu və köləsi olmasın. Ancaq Allah bəndəsi olsun.

Allah Təala Quranda peyğəmbərləri (ə) barəsində buyurur: “Heç bir bəşərə yaraşmaz və mümkün deyil ki, Allah ona (səmavi)kitab və hikmət, yaxud mütləq hökm etmək səlahiyyəti və peyğəmbərlik versin, sonra o, insanlara «Allahın yerinə mənim qullarım olun!» desin. Və lakin (ona belə demək yaraşar ki): «Kitabın müəllimləri olduğunuz və onu yaxşıca öyrənərək oxuduğunuz üçün Allahpərəst, dinin tərbiyə etdiyi və din alimləri olun»”. (“Ali-İmran” 79).

Quranın başqa ayəsində isə oxuyuruq: “Hər bir itaətsiz batil qüvvədən və Allahdan qeyri məbuddan ona ibadət etməmək üçün çəkinmiş və Allaha tərəf qayıtmış kəslərə müjdə olsun! Buna görə də müjdə ver Mənim bəndələrimə! Sözlərə qulaq asıb onların ən yaxşısına tabe olan kəslərə! Allahın hidayət etdiyi kəslər onlardır və onlardır əsil ağıl sahibləri!”. (“Zumər” 17-18).

Bu səbəbdən İmam Əli (ə) övladına yazdığı vəsiyyətdə buyurur: “Nəfsini hər bir alçaqlıqdan əziz tut. Çünki heç bir zaman bağışladığın (dəyərli) nəfsindən daha dəyərlisini əldə edə bilməyəcəksən. Başqasının qulu olma. Çünki Allah səni azad xəlq etmişdir”. (Həvzəh)

Beləliklə deyə bilərik ki, Quranın və İslamın nəzərinə görə, insan azad xəlq olmuşdur. O, heç kəsin qulu və nökəri ola bilməz, məgər onu xəlq edən Allahdan başqa. İnsan Allahın yer üzərində xəlifəsi olduğu üçün, azad və hürr olmalıdır. Öz iradəsi ilə seçimlər edib, yolunu özü seçməlidir. İnsan əgər təkamülə çatmazsa və öz üzərində işməzsə, sözsüz ki, başqasının qulu olacaq və ya Allaha tüğyan və günah edənlərdən olacaqdır.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 2 020
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri