Ən vacib sual

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 869
Səs ver:
(səs: 2)
“Mənim hansı vəzifəm var, bu gün hansı məsuliyyəti daşıyıram?” – bu gün özünü dərk edən və təfəkküretmə qabliyyətindən məhrum olmayan hər bir islami kimliyə sahib olan fərd özünə bu sualı verir. İlk baxışda dolanbaclarla dolu olan bu dünyada bu sualın cavabını tapmaq o qədər də asan mövzuya oxşamır. Çünki, sayı bilinməyən qədər məktəblər öz bazarlarını açıb, müştəriləri özlərinə cəlb etmək üçün cəzbedici təkliflərlə çağırış edilər.

Bəs necə ola bilər ki, Allah, bu qədər ifrat və təfrit dolu dünyada Öz bəndəsini yol göstəricisiz qoysun? Amma bütün sualların cavabını özündə cəm edən, Allahın yer üzü ilə qırılmaz ipi olan Qurani-Kərimdə bu mövzunun da cavabı var. Əslində problemimiz ondadır ki, biz Qurani-Kərimi müşküllərimizin həllinin cəm olduğu bir kitab kimi oxuya bilmirik. Ən yaxşı halda Rəbbimizin bizə ünvanladığı mesajlar toplumu kimi qəbul edib, ehtiramını saxlayırıq. Amma müşküllərin həlli üçün fərqli məktəblərin qapılarını döyürük

Qurani-Kərimin məntiqinə görə, zəmanə insanı gərək zəmanəsində ən aktual olan mövzuda mütəxəssis olsun. “Bu mesajı haradan alırıq?” - deyə sual verilsə, peyğəmbərlərin (ə) möcüzələrinə diqqət etsək, kifayət edər. Hər bir peyğəmbər (ə) öz zəmanəsində inkişaf etmiş sahənin ən bilicisi kimi ortaya çıxır və təbliğatını o müstəvidə aparırdı. Həzrət Musa (ə) sehrbazlığın məşhur olduğu zamanda ağ parlaq əli və əjdahaya çevrilən əsası ilə Fironun qarşısına çıxır. Həzrət İsa (ə) təbabətin inkişaf etdiyi zamanda ölünü diriltmək, əlacsız xəstəliklərə çarə tapan birisi kimi İlahi təmsilçiliyini yerinə yetirir. Axırəz-zəman möcüzəsi kimi Həzrət Muhəmməd (ə) Qurani-Kərimi dolayısı ilə nəzəri bilgilərin, elmi müstəvinin möcüzəsi olaraq tanıdıb.

Biz bu qədər ciddi mesajın fonunda yenə vəzifəmizin nə olduğunun fərqinə varmırıqsa, deməli biz axtardığımızı düzgün yerdə axtarmamışıq...

Deyirlər bir gün bir nəfər ağacın kölgəliyində nəyisə axtarır. Camaat gəlib kömək etmək məqsədi ilə o şəxsdən nə axtardığını soruşurlar. Həmin şəxs açarlarını itirdiyini deyir. Onlar konkret olaraq harada itirdiyini soruşurlar. Həmin şəxs yolun kənarını göstərir. Hamı təəccüblə ağacın altında nə üçün axtardığını soruşlar. O isə cavabında: “Çünki bura kölgəlikdir və rahatdır. Ora isə günün istisidir”.

Bu gün bir çoxumuz komfort zonamızdan kənara çıxmamaq, özümüzü əziyyətə salmamaq üçün vəzifəmizin nə olması ilə bağlı içimizdən gələn suala cavabı tam fərqli yerlərdə axtarmağa üstünlük veririk. Bu gün mütləq şəkildə elmi sahələrdə mütəxəssislərə çevrilmək istiqamətində səy göstərilməlidir. Hətta bəzi alimlərin nəzərinə görə, əgər İslam aləmində bir sahə üzrə mütəxəssis yoxdursa, o sahədə mütəxəssis yetişənə qədər bütün müsəlamanların vəzifəsidir ki, o sahədə mütəxəssis olsunlar.

“Hər bir müsəlman kişi və müsəlman qadına vacibdir ki, elm öyrənsinlər” – buyurub Həzrət Muhəmməd (ə).

Allah hər birimizə zehin açıqlığı versin.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 1 869
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri