Onların gözləri var, lakin...

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 2 151
Səs ver:
(səs: 1)
Allah Təala mömini məhsul verən, kafiri isə şor torpağa bənzədib
Dünya həqiqətlərini dərk etməyin ən yaxşı yolu - hiss orqanlarıdır. Yəni, gözümüz, qulağımız və s. Ona görə də o kəslər ki, bu hiss orqanlarından məhrum olublar, dünya həyatını olduğu kimi dərk etməkləri bir qədər çətindir. Onlar bu dünya həyatında xəbərsiz halda dolanırlar. (Tebyan)
O kəslər ki, haqqa qarşı çıxdıqları, onunla düşmənçilik etdikləri, təəssübkeşlik tələsinə düşdükləri üçün həqiqətləri görən göz və qulaqlarını əldən verərlər, onlar heç bir zaman qeyb aləminə aid olan həqiqətləri dərk edə bilməz, ibadətdən ləzzət almaz, Allah qarşısında təslim olmazlar.
Bu insanlar kar və kor insanlara bənzəyir ki, qaranlıq və zülmət bir aləmdə yaşayırlar. Halbuki, möminlər gözləri və qulaqları ilə hər hərəkəti görür və eşidirlər. Bu vasitə ilə öz səadət yollarını müəyyən edib, onda irəli gedirlər.
"Bu iki dəstənin (kafirlərlə möminlərin) məsəli korla kar və görənlə eşidən kimidir. Məgər bu ikisi sifət və hal baxımından birdirlər? Məgər ibrət götürmürsünüz?!". ("Hud" 24).
Dindar və dində olmayan insanın fərqi bundadır ki, varlıq aləmi dindar insan üçün mənaya malikdir. Yəni, bu varlıq aləmi onun üçün bir kitabdır ki, hər sözü bir mənaya işarə edir. Ancaq dində olmayan, maddiyyatçı bir insan üçün o xətlərə bənzəyir ki, savadsız insan ona tamaşa edir. Savadsız insan üçün bu xətlər arasında fərq yoxdur və hamısı bir-birinə bənzəyir. Bu xətlərdən müəyyən məqsədi dərk etmək üçün də istifadə etmir.
Yuxarıdakı ayə də bu həqiqətə işarə edir. Yəni, dindar insan aləmi elə dərk edir ki, savadlı bir insanın kitabı mütaliə etdiyi kimi. Bu savadlı insan həmin kitabda yazılanların mənasını dərk edə bilir. Ona görə də varlıq aləmini bəzən Allah Təalanın kitabı da adlandırırlar.
O şey ki, mömini kafirdən ayırır - bu varlıq aləminə olan baxışlardır. Belə ki, mömin hər nəyə baxırsa, orada Allahın nişanəsini görür. Ancaq kafirin qəlbi bütün həqiqətlər üçün bağlıdır. Onlar gözlərindən və qulaqlarından istifadə etsələr də, həqiqətləri dərk etmirlər. Quranın buyurduğu kimi, vəhşi heyvana bənzəyirlər və ömürlərini tələf edərək, bu dünya vadisində vaxtlarını keçirirlər. "Doğrudan da Biz cin və insanların çoxunu (sanki) cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər. Onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər". ("Əraf" 179).
Allah Təala Quranın başqa ayəsində möminlə kafiri torpağa bənzədir. Mömini məhsul verən, kafiri isə şor torpağa bənzədir. "Pak torpağın bitkisi öz Rəbbinin (əzəli) izni ilə (firavan və bol) çıxır. Pis olan (torpağın bitkisi isə) yalnız az və xeyirsiz çıxar (pak insanın təbiətindən gözəl əqidələr, adətlər və işlər, pis təbiətdən isə pis əqidə, sifət və əməllər baş qaldırır). Biz (Öz tövhid) ayələrimizi şüükr edən bir dəstə üçün beləcə müxtəlif (şəkillərdə) gətiririk". ("Əraf" 58).
Allahın vəhy yağışı bütün insanların üzərinə yağmışdır. Ancaq o kəslər bu yağışdan bəhrələniblər ki, pak və pakizə qəlbə malikdirlər. Ona görə də bu torpağın meyvəsi - bol, əxlaqı - gözəl, imanı - yüksək, əməldə - ixlaslı və vəzifələrinə əməl edəndir. Ancaq kafirin qəlbi o qədər çirkindir ki, bu İlahi vəhy yağışından heç bir bəhrə aparmamışdır.
Beləliklə deyə bilərik ki, kafirlərin qəlbi şor torpağa bənzəyir. Hər nə qədər bu şor torpağa toxum səpilərsə, orada heç bir şey cücərməz. Çünki bu insanların gözləri və qulaqları həqiqətləri dərk etmir və haqqı qəbul etmir.
Ancaq əksinə, möminin qəlbi o qədər pakdır ki, onun meyvəsi də bol olur, Allaha imanı da yüksəkdir. Bu torpaqda hər nə əksən, bol məhsul verər.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 151
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri