Behiştə ayaq basıb gördüm ki,onun sütunlarına qızılla üç sətir yazılıb
Birinci sətriLa İlahə İllalah, Məhəmməd rəsullah''
İkinci sətirdə belə idi:'' Qabaqcadan göndərdiklərimizi tapdıq, xərclədiklərimizdən faydalandıq, bugünkü günə qoyduqlarımızı əldən verdik(itirdik)'' Üçüncü sətri isə belə idi: '' Ümmət günahkardır, bağışlayan Allahdır''
~ Xalq Rəsuli-əkrəmdən soruşdu:
-" LA İLAHƏ İLLƏLAH'' kəlamı Behiştin açarı hesab olunur, ya yox? Həzrət buyurdu:
-Bəli. Lakin bu elə bir açardır ki, onu qorumaq lazımdır.Belə nişanələri olan açarla gəldikdə Behiştin qapıları sizin üzünüzə açılacaq , əks təqdirdə açılmayacaqdır.
~ Behişt ilə bəndə arasında yeddi dar, yoxuşlu cığır vardır: onların ən asanı ölümdür.
ən çətini məzlumların, zalımlarınətəyindən tutduqları zaman Allahın qarşısında dayanmaqdır.
~ Şadlıq məkanına -(BEHİŞTƏ) üç şəxs daha asan daxil olacaq : 1. Rəiyyətini ədalətlə idarə edən sultan
2. Ürəyi başqalarına məhəbbətlə dolu mehriban şəxs
3. Günahsız, pak dindar adam
~ Bir nəfər öz oğlu ilə Peyğəmbərin (s) hüzuruna getdi Rəsuli-əkrəm (s) soruşdu: - " Bu uşağı sevirsənmi?" Həmin adam cavab verdi:" Ya Rəsulüllah, mən bu övladımı sevdiyim qədər qoy Allah da səni sevsin" Bir müddətdən sonra Rəsuli-əkrəm (s) uşağı atası ilə birlıkdə görməyəndə soruşdu: - Kişi övladının başına nə gəlib? Ərz etdi: - Ey Allahın Peyğəmbəri, ölübdür. Peyğəmbər ataya buyurdu: - Ola bilsin ki, sözüm xoşuna gəlməsin, ancaq həqiqət budur: Sən Behiştin qapısını tapa bilməyəcəksən, oğlunun yolunu gözləyəcəksən ki, o səni Behiştə aparsın. Ayrı bir kişi soruşdu:
- Ey Allahın Peyğəmbəri, bu xoş xəbər məhz bu kişi üçündür, ya hamımız üçün? Peyğəmbər (s) buyurdu :" Elə bir yerdir ki, göz görməyib, qulaq eşitməyib və bəşərin fikrinə də gelməmişdir"
~ ALLAH BUYURDU :" BİLİN Kİ, MƏNİM MƏHƏBBƏTİM QƏZƏBİMƏ ÜSTÜN GƏLDİ"
Uca Rəbbim cümləmizin günahlarını bağışlasın, qəlbimizi imanı ilə doldursun,,, AMİN,,,