Bir kişinin gözləri ağrıdığı üçün həkim çağırılar. Həkim isə
xristian olur. Müayinə etdikdən sonra:
-Gözlərinizə su dəyməməlidir:
-Su
dəyməsə necə dəstəmaz ala bilərəm?
-Gözləriniz və sağlamlığınız sizə lazımdırsa
su gözlərinizə deyməsin. Müayinəden sonra kişi dəstəmaz alıb namaz qıldı və
daha sonra bir az yatdı. Durduğunda isə gözlərində heç bir ağrı olmadığını hiss
etdi. Elə o anda səs eşitdi:
-Sən bizim üçün gözlərini fəda etdin, biz də
səndən o ağrını götürdük. Bir zaman sonra xristian həkim yenidən gəldi və
xəstənin gözlərinin sağaldığını görüncə heyrət etdi:
- Amma bu necə olur, sən nə
etdin ki,
belə oldu? Kişi hər şeyi olduğu kimi danışdı. Həkim bu anda:
-Əslində
gözləri ağrıyan siz yox mənəm. Həqiqətləri görməyən göz mənimkidir!