Qardaşım sənə mən sözümü deyim,
Düzgün yaşamaqçun doğrunu deyim,
İnanki, həyatda var bir imanım
Allaha ibadət etməlisən sən
Qardaşım Namaza nə vaxt gəlirsən?
Dinmizin zirvəsi Müqəddəs Namaz
Namaz qılanların dərdləri qalmaz
İnsan mənliyini təmizlər Namaz
Sübut etməlisən kafir deyilsən
Qardaşım namaza nə vaxt gəlirsən?
Ağızda deməklə heç bir iş olmaz
Əməldə etməsən bir xeyri olmaz
Doğrunu etməsən Allah ucaltmaz
Gəl düzgün yola gəl ey qardaşım sən