Bismillahir Rəhmanir Rəhim. Salam və salavat olsun həzrəti Muhəmmədə(s.) və onun pak Əhl-i Beytinə(ə). Allahın Salamı olsun o Həzrətlərin yolu ilə gedənlərə.
Bu gün elə bir gündür ki, Quranda xüsusi yer verilib bu gün haqqında. Gəlin bu günün savabından özümüzü məhrum etməyək.
"Ey İzzət sahibi, məğlub edilməsi imkansız olan, hər şeyə qalib olan Əziz Allah, ibadətlərimizi, dualarımızı qəbul eylə.
Ey Rəhimlilərin ən rəhimlisi, bizim gizlində və aşkarda olan günahlarımızı bağışla.
Ey hər şeyin varlığını və keçirəcəyi halları təqdir edən, yaradan, yoxdan var edən, böyüklükdə tayı olmayan Rəbbim bizləri sənin laiqli bəndələrindən qərar ver.
Ey Tək olan Allahım, zatında, sifətlərində, adlarında, əfailində ortağı və bənzəri olmayan Rəbbim, nemətini üzərimizdən əskik etmə, nəfslərimizi azdırma.
Ey Hökmündə və əfalində ədalətli olan Rəbbim, yolundan ayırma, tənbəllikdən qoru, sevdiklərini sevdir, sevmədiklərini nəfsimizə xoş göstərmə. Dualarımızı əziz və uca Adın hörmətinə qəbul et. Bildiyimiz bilmədiyimiz hər cür təhlükə və pisliklərdən qoru. Bildiyimiz bilmədiyimiz hər cür gözəllik və yaxşılıqlara çatdır.
Ey Yaxşı qullarını sevən, rızasına endirən və sevilməyə layiq olan Rəbbim, bizə sarsılmaz bir iman, gözəl bir əxlaq, şükr edici bir ürək, səbr edici bədən, zikr edici dil, xeyirli ömür, saleh övlad, dünya və axirətdə gözəllik bəxş et, ana və atamızın günahlarını bağışla.
Ey Rəbbim, öz sevgini, sevdiklərinin sevgisini, Rəsulallahın(s.), Əhl-i beytin(ə.) sevgisini və sevgisinə qovuşduracaq əməl və işləri bizə nəsib et."