Əziz oxucular! Ailə mühitini isti saxlamaqdan ötrü evdəki şadlıq və aramlığınızı qoruyun!
Həyat
yoldaşınızla yanaşı övladlarınızla da eyni təbəssüm və vüqarla davranın
ki, pərişanlıq və nigaranlığı ev mühitindən uzaqlaşdırasınız.
Problem
və çətinliklərlə qarşılaşarkən tam ciddiyyətlə rəftar etməyiniz
müşgüllərin gözlənilmədən aradan qalxmasına zəmin yaradır. Qəm-qüssə,
pərişanlıq ilan və əqrəb kimidir ki, onların aradan qaldırılmasında
geciksəniz, onlar sizi aradan aparcaqlar.
Dilinizdən muğayat olun, məbada bir dil yarası ilə aranızdakı səfa-səmimiyyət və mehribanlığı uzaqlaşdırasınız.
Öz
yoldaş və övladlarınıza məhəbbət göstərib, mülayim və qəlboxşayan
sözlərlə lətafətli qəlblərini özünüzə cəzb etdirin ki, Peyğəmbər
(səlləllahu əleyhi və alih) bu barədə buyurur:
"Ərin öz arvadına
söylədiyi "səni sevirəm, səni çox istəyirəm” kəlməsi onun qəlbindən heç
vaxt çıxmayacaq, onun mehribanlıq və səmimiyyət yaradan müsbət tə`siri
həmişəyaşardır.”( "Vəsailüş-şiə”, 7-ci cild, səh.10)
Bu kiçik cümləni
dilə gətirib söyləməklə qadındakı məişət və məs`uliyyət yükünün bütün
ağrı-acısını, çətinlik və yorğunluğunu aradan aparmaq mümkündür ki,
qadın əlavə qüvvə və tam hazırlıqla ailə həyatını və uşaqlarının
tərbiyəsini davam etdirsin.
Ailənin intizamı və möhkəmliyinin əsası
məhəbbət, ər-arvadın arasında olan qarşılıqlı ehtirama bağlıdır. Odlu
nəvaziş qığılcımlarını qəlbinizdə şö`lələndirin. Uşaqların ikitirəlik,
pərişanlıq və qanıqaraçılıqdan, habelə mehribanlıq, mə`nəviyyət,
məhəbbət və səfa-səmimiyyətin olmamasından çəkdikləri əziyyət qədər,
maddi çatışmamazlıqdan çəkmirlər. Məhəbbət və nəvaziş istər-istəməz
maddi çatışmazlıqların yerini tutacaqdır.
Həyatda qadın və kişinin
dostluq, sədaqət, səfa-səmimiyyətin olması ilə, eləcə də uşaqlara qarşı
nəvaziş və can yandırmaları olmasaydı, bəşəriyyət dəhşətli fəlakətə
uğrayıb məhv olardı. Necə ki, şərqdə və qərbdə bütün bu ağır cinayət,
zülm, təcavüzlər, adam öldürmə, qətl və qarətlər, eləcə də öz əslindən
dönüb yad mədəniyyətə meyl edənlərlə yanaşı bu boşanma və ixtilafları
səfa, səmimiyyət və mən`əvi ruhiyyənin olmaması səbəbindən onlar ruhsuz
bir əşyalara çevrilərək vücudlarında eşqdən, məhəbbət və atifi
duyğulardan bir xəbər olmayan mövcudata bənzəyirlər.