Sonsuz Nur Peyğəmbərimizdən bir örnək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 634
Səs ver:
(səs: 4)
Bir gün Peyğəmbər Əfəndimiz xanımı Safiyə anamızla yol gedirdi. İki səhabə iti addımlarla gəlib onların yanından keçir. Peyğəmbər Əfəndimiz onları çağıraraq saxlayır, sonra da Safiyə anamızın üzündəki örtüyü açaraq deyir:

- Baxın, bu xanımım Safiyədir.

Səhabələr:
- Əstəğfürüllah, ya Rəsulullah. Biz sənin haqqında sui-zənnə düşdükmü? - deyirlər.

Peyğəmbərimiz belə buyurur:
- Şeytan insanların qanının dolaşdığı yerdə dolaşır.

Bəzi İslam alimləri bu hadisəni şərh edərkən deyirlər ki, əgər bu iki səhabə Peyğəmbərimiz haqqında sui-zənnə düşsəydilər, kafir olardılar, amma bu hadisədə əsas məqam o deyil, Peyğəmbərimizin sui-zənnə zərrə qədər də əsas verməməsidir. Hər kəsə məlumdur ki, Peyğəmbərimizin həyatının hər pərdəsi, hər görüntüsü bir örnək tablosu idi. Əgər o kimdənsə bir şey soruşurdusa, öyrənmək üçün soruşmurdu, öyrətmək üçün soruşurdu.
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 2 634
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri