Müsəlman xeyiri birinci olaraq Allaha yox, özünə aid edə bilərmi?

Şərhlər: 1
Baxılıb: 1297
Səs ver:
(səs: 0)
Müsəlman xeyiri birinci olaraq Allaha yox, özünə aid edib deyə bilərmi ki : "Bu var dövlət mənim əziyyətimin nəticəsində mənə gəlib, mən bu məqama məndə olan zəka və qüdrətə görə nail olmuşam.. və s.?» 

Cavab: Müsəlman, baş verən xeyiri özünə nisbət etməməlidir. Çünki bu Allahın nemətini saymamaq və onu inkar etməkdir. Öz qüvvəsi ilə qururlanmaqdır. Bu da onu Allah yolunda xərcələməkdən, kasıblara və imkansızlara yardım etməkdən çəkindirir. 

Qarun da bu cür "Bu (var dövlət) mənə, məndə olan elmə görə verilib»(Qasas surəsi, 78) dedi və Allah onu və var-dövlətini yerə batırdı. Qarunun sözünün mənası "Yəni mənim var dövlətim, mənim onun qazanma yollarını bildiyim üçün mənə nəsib olub» kimidir. Allah, bir şeyin alınmasının öz qüvvəsinə və mərtəbəsinə bağlayanlar barəsində belə buyurur: "Başına gələn müsibətdən sonra ona bir mərhəmət əta etsək (dadızdırsaq), mütləq: 'Bu elə mənim haqqımdır..» deyər» (Fussilət surəsi, 50) 

Bu ayənin təfsirində Mücahid deyir ki : "Yəni, mənim savadıma görə və mən buna layiqəm» Müsəlmana vacib olan Allaha, Onun nemətinə görə şükr etməkdir. Şükrün də 3 rüknü var: 

1. Nemətdən, zahiri olaraq danışmaq 
2. Batin olaraq onu etiraf etmək 
3. Onu itaətdə sərf etmək
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1297
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri