Fərəc ne dəməkdi??

Müəllif: adsiz-a
Şərhlər: 5
Baxılıb: 1 856
Səs ver:
(səs: 0)
"Fərəc" sözü çətinlikdən qurtulmaq, xilas olmaq mənasını verir. Bununla On ikinci İmamın (ə) zühuru nəzərdə tutulur. İmamın zühurunu gözləmək, həmin günün intizarında olmaq ibadət qədər savaba malikdir. Peyğəmbərimiz buyurmuşdur: "İbadətlərin ən üstünü fərəcin intizarında olmaqdır" (Biharül-ənvar, 52-ci cild, səh. 125).

Qadinlar.com islam.az-a istinadən bildirir ki, burada passiv, dağıdıcı intizar deyil, islahedici intizar nəzərdə tutulur. Zühurun intizarında olmaq özünü həmin günə hazırlamaq, haqqın tərəfində olmaq, zülmlə barışmamaq deməkdir. İmam Cəfər Sadiqdən (ə) rəvayət edilmiş hədislərin birində buyurulur: "Kim Qaimin (İmam Mehdinin) səhabələrindən olmaq istəyirsə gözləsin. Gözlədiyi halda günahlardan çəkinsin və əxlaqını yaxşılaşdırsın" (Biharül-ənvar, 52-ci cild, səh. 140).
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 856
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri