Bir şey istəsəz...O'nu yalnız ALLAH'tan istəyim!...

Müəllif: Onun_Mələyi
Şərhlər: 8
Baxılıb: 3 080
Səs ver:
(səs: 2)
Ey möminlər, Rəbbinizi unutmayın! Həqiqi möminlər hər zaman özlərinin Rəbbini yad edərlər:
"O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər(və deyərlər): "Ey Rəbimiz!Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi Cəhənnəm odunun əzabından Özün qoru (Ali İmran, 191).

Qurani-Kərimdən seçilmiş dualar

"Rabbənə zaləmnə ənfusənə və ən ləm təğfir lənə və tərhmnə lənəkunənnə minəl - xasirin"
"Ey rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, biz şübhəsiz ki ziyana düşənlərdən olarıq" (əl-Əraf,23) ;
"Rabbi inni əuzu bikə ən əsələkə mə leysə li bihi elmun və illə təğfir li və tərhəmni əkun minəl-xasirin"
"Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram" ( Hud, 47) ;

"Rabbi-ğfirli va livalideyyə va limən dəxalə beytiyə muminən va li-l-mumininə val-muminət va lə təzidiz-zaliminə illə təbəra"
"Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə mömin kəmə daxil olan kimsəni və (Qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalimlərin isə ancaq həlakını artır" (Nuh,28).

"Rabbənə təqabbəl minnə,innəkə əntə-səmiyul-alim "
"Ey Rəbbimiz!(Bu xeyirli işi) məndən qəbul et, sən doğrudan da, (hər şeyi) Eşidən və Bilənsən" (əl-Bəqərə , 127).

"Va tub aleynə, innəkə əntə-t-tavvəbu-r-rahim"
"Tövbəmizi qəbul et!Həqiqətən Sən tövbələri qəbul Edən və Mərhəmətlisən" (əl-Bəqərə,128).

"Rabbi-c-alni muqayimə-s-saləti va min zurriyəti.Rabbənə va təqabbəl duai"
"Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılanlardan et. Ey Rəbbim, duamı qəbul buyur!" (İbrahim,40).

"Rabbənə-ğ-firli va livalideyyə va lil-mumininə yəumə yəqumul-hisəb"
"Ey Rəbbimiz! Haqq-hesab çəkilən gün məni, ata-
anamı və möminləri bağışla" (İbrahim, 41).

"Rabbi həb li hukmən va əlhiqni bi-s-salihin vacəl li lisənə sidqin fil-axirin va-c-alni min varəsəti cənnətin-nəim"
"Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur. Sonra gələnlərarasında mənə yaxşı ad qismət et! Məni Nəim cənnətlərinin varislərindən et!" (əş-Şuəra,83-85).

"Rabbi həb li minə- s- salihin"
"Ey rəbim! Mənə salehlərdən olan bir övlad bəxş et!" (əs-Saffat, 100).

"Rabbənə aleykə təvəkkəlnə va ileykə ənəbnə vaileykə-l-masir".
"Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə qayıtdıq. Axır dönüş də ancaq sənin hüzurunadır" (əl-Mumtəhinə, 4).

"Rabbənə lə təcalnə fitnətən li-l-ləzinə kəfəru va-ğ-firlənə. Eabbənəinnəkə əntə-l-azizul-həkim"
"Ey Rəbbimiz! Bizi kafirlərin əlinə salma! Bizi bağışla, həqiqətən, Sən yenilməz qüvvət və hikmət Sahibisən" (əl-Mumtəhinə, 5).

"Rabbi əvzini ən əşkura nimətəkə-l-ləti ənamtə aleyyə və alə valideyyə va ən əmələ salihən tərdah va ədxilni birahmətikə fi ibədikə-s-salihin "
"Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükr etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinlə saleh bəndələrinin sırasına daxil et!" (ən-Nəml, 19).

"Rabbi həb li min lədunkə zurriyyətən tayyibə, innəkə səmiu-d-dua"
"Ey Rəbbim! Mənə də öz tərəfindən bir övlad bəxş et! Sən həqiqətən, dualarıeşidənsən!" (Ali-İmran, 38).

"Rabbi lə təzərni fərdən va əntə xayru-l -varisin"
"Ey Rəbbim! Məni tək (kimsəsiz,varissiz) buraxma. Sən varisləri ən yaxşısısan" (əl-Ənbiya, 89).

"lə iləhə illə ənt subhənəkə inni kuntu minə-z-zalimin"
"Səndən başqa heç bir (ibadətə layiq olan) ilahi yoxdur. Mən isə həqiqətən zalimlərdən olmuşam " (əl-Ənbiya, 87).

"Rabbi-ş-rahli sadri va yəssir li əmri va-h-lul uqdətən min lisəni yəfqahu qauli"
"Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar" (Ta ha, 25-28).

"Rabbi inni zaləmtu nəfsi fə-ğ-firli"
"Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!" (əl-Qasəs, 16).

"Rabbənə əmənə bimə ənzə
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 3 080
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri