Peyğəmbərlərin və Saleh insanların qəbul olunmuş dualarından bir neçə nümunə..

Müəllif: Onun_Mələyi
Şərhlər: 0
Baxılıb: 1 959
Səs ver:
(səs: 0)
ADƏM PEYĞƏMBƏRİN DUASI
Adəm (aleyhissələm) İblisin hiyləsinə aldanır və Allah-təalanın ona qadağan etdiyi ağacdan dadaraq Allaha asi olur. Necə ki, Allah-təala buyurmuşdur:

Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi? ” [1]
Bundan sonra Adəm (aleyhissəlləm) Allah-təalaya dua edərək tövbə edir, Ondan bağışlanma və əfv diləyir. Allah-təala da onun tövbəsini qəbul edir.
Allah-təala buyurmuşdur:

“(Nəhayət) Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O, (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir. ”

İBRAHİM PEYĞƏMBƏRİN DUASI
Allah-təala buyurmuşdur:

“(Ya Rəsulum!) Xatırla ki, bir zaman İbrahim belə demişdi: “Ey Rəbbim! Bu diyarı (Məkkəni) əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə! ””
İbn Kəsir (rahiməhullah) demişdir ki, artıq Allah-təala onun duasını qəbul edərək buyurmuşdur:

“Məgər (müşriklər) ətraflarındakı (başqa şəhərlərdəki) adamlar qamarlanıb götürüldüyü (əsir alındığı, öldürüldüyü, qarət edildiyi) halda, (içərisində yaşadıqları Məkkəni) onlar üçün müqəddəs, qorxusuz-xətərsiz bir yer etdiyimizi görmürlərmi? İndi batiləmi inanırlar? Allahın nemətinimi danırlar? ”
Həmçinin, buyurmuşdur:

“(İbrahim peyğəmbər dedi:) “Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Həcəri) Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kəbənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə) şükür edə bilsinlər!” ”
Həmçinin buyurmuşdur:

“(Qureyşlilər) dedilər: “Əgər biz səninlə birlikdə haqq yolu (İslam dinini) tutub getsək, (əksəriyyəti təşkil edən müşriklərin əlilə) yurdumuzdan tezliklə didərgin salınarıq”. Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər yerin meyvəsinin (hər cür meyvənin) daşınıb gətirildiyi, (daxilində Kəbə yerləşən) qorxusuz-xətərsiz (müqəddəs) bir yerdə (Məkkədə) sakin etmədikmi? Lakin onların əksəriyyəti (Allahın onlara bəxş etdiyi bu nemətin qədrini) bilməz!”
Bu Allah-təalanın lütfündən, səxavətindən, rəhmətindən və bərəkətindəndir ki, Məkkədə bar verən ağac olmadığı halda İbrahim peyğəmbərin duasının qəbulu olaraq ətraf yerlərdən oraya hər cür meyvələrdən daşınıb gətirilir.

ƏYYUB PEYĞƏMBƏRİN DUASI
Əyyub peyğəmbərin (aleyhissələm) bol-bol miniyi, davarı, əkini, övladları
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 959
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri