Mənim 23 yaşım var. 19 yaşımda öz sevdiyimlə ailə qurdum. Məni aldatdı
ayrıldım... İndi 23 yaşım var yarımçıq qoyduğum təhsilimi davam
etdirirəm, işimi də qurmuşam demək olar ki, həyatım normasındadır.
Birisi çıxdı qarşıma, sevməyəcəyimi düşünmüşdüm. Sevdim, o da məni
sevdi. Mənim kimi o da ailəli olub. Fərqimiz onun boşanmamasıdır.
Yoladaşı xəstə olub, rəhmətə gedib.
Bir oğlu var, 3 yaşında yoldaşı rəhmətə gedədən sonra qaynatası bunun baldızını gətirib qoyub bunun evinə, uşağa baxması üçün.
Oğlanın anası onları nigaha salıb.
Amma
ər-arvad kimi münasibətləri yoxdur... Mən bunları bir neçə müddət sonra
bildim, oğlanın özü etriaf etdi. Düzü ayrıldım və ailə dağıtmamaq
isdədiyimi dedim ona.
O, isə mənə dedi ki, heç vaxt ona toxunmayıb. Bacı gözü ilə baxıb uşağına görə zaks kəsdirib.
Buralardan çıxıb gedəcəkmiş, mən çıxdım qarşısına, məni sevdi və fikri dəyişdi. 3 ay sonra yenidən barışdıq.
Məndən
ayrılandan sonra çox əzab çəkib. O, qədər siqaret çəkib ki, mədəsi
xəsdəlik tutub. Çox arıqlamışdı, düzü oyrəşmişdim onsuzluğa. Amma onu o
halda görüb "yox" deyə bilmədim barışdım.
Ailəsindən
hər kəsdən uzaqlaşmıdı, həyətimizə gətirdim, kirayənişin kimi, 1 ay
bizdə qaldı ailəmə isindirdi özünü. İndi bizim ayiləmizin üzvü kimidir,
bizdə qalmasa da.
Anasıgillə barışıb, nigahda olduğu baldızını da evlərinə göndəriblər. Uşağı da aparıb, məhkəmələri var, boşanacaqlar.
Atamdan
da dəfələrlə məni istiyib, atam boşan sonra gəl deyib. Atam düzü razı
deyildi ,sadece mən sevdiyimə görə susur. Oğlanın ailəsi də məni
istəmir. Bilirəm ki, məndən xəbərləri var. Amma qəbul etmirlər məni.
Onların arzusu öz isdədiklərini almalarıdır oğluna. Oğlu isə ya sən, ya
da heç kim deyir. Hər kəsi mənə görə atmağa hazırdır... Sizcə bizim
axırımız var? Belə ailə həyatı qurmaq mümkündürmü? 2-ci dəfə sevgimə
inanıb aldanmaq isdəmirəm... Çox qorxuram fikirlərinizə şox ehtiyacım
var.