Evdar qadınların xəstəliyi

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 541
Səs ver:
(səs: 1)

Evdar qadınların xəstəliyi

Gündə yarım saat günəşin altında qal
Evdar qadınlar günəş şüalarından çox faydalanmadıqları üçün erkən yaşda sümük əriməsi xəstəliyinə məruz qalır. Bu qənaətə mütəxəssislər gəliblər. Həkimlər  insan bədənindəki sümüklərin bərpası və əriməsi prosesi ilə bağlı onu bildiriblər ki, 35 yaşa kimi sümüklərdə kalsium toplandığından sümüklərin bərpası prosesi gedir. Lakin 35 yaşdan sonra bu proses dayanır. Mütəxəssislər 35 yaşdan sonra sümük əriməsi, sümüklərdə dağılma prosesinin başladığı üçün qadınları daha diqqətli olmağa çağırırlar. 
Sümükləri möhkəmləndirən D vitamini günəş şüalarından alınır. Amma evdə oturan qadınlar günəş şüası ilə təmasda  az olur. Bu isə onlarda sümük əriməsinə, sümük dağılmasına yol açır. Həkimlər evdar qadınlara bu xəstəliyə düçar olmamaq üçün çox sadə bir məsləhət veriblər - gün ərzində yarım saat günəş şüası qəbul etmək! 
Çünki gündə yarım saat qəbul edilən günəş şüası bol D vitamini deməkdir. 
Onlar həmçinin evdar xanımlara süd və süd məhsullarından çox istifadə etməyi məsləhət görürlər, çünki belə məhsullar da sümüklərdə kalsiumun toplanmasına kömək edir.
Günəşli günlərin bol olduğu ölkəmizdə xanımlara günəş şüalarından  lazımı qədər faydalanmağı məsləhət görürük! 

 

Redakte etdi: PRETTY GİRL

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 541
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri