Qadınların
kişilər barəsində hələ də bəzi suallara cavab tapmaqda çətinlik
çəkdiyini bilirik. Bu dəfəki məqaləmizdə qadın oxucularımızı düşünərək
kişilər haqqında onlara bir neçə maraqlı fakt təqdim etmək istəyirik.
Buyurun, əziz qadınlar. Kişilərin sizin haqqınızdakı bəzi fikirləri ilə
daha yaxından tanış olun.
ABŞ-da kişilər arasında keçirilən sorğunun nəticələri belə deməyə əsas verir ki,..
Kişilərin
76%-i qadınların ilk görüşdə həddindən artıq seksual paltar
geyinmələrini yanlış hesab edir. Bunun onların həmin qadın haqqındakı
fikirlərini müsbətə deyil, mənfiyə doğru dəyişdirdiyini bildirirlər.
Kişilərin
73%-i ilk gecədən problemlər haqqında danışmaqdan nifrət edir. Bundansa
qarşılarındakı qadının "hər nöqtə”sini tanımağa üstünlük verirlər.
Kişilər
heç də hər gördükləri qadınla cinsi münasibətdə olmaq istəmirlər. Sorğu
nəticələrində belə məlum olub ki, kişilərin 66%-i ciddi münasibət
qurmaq istədikləri qadın haqqında düşünərkən seks ağıllarından keçən ən
axrıncı şey olur.
Kişilərin 60%-i ilk görüşdə qadınların hesab işlərinə qarışmasından nifrət edirlər!
Kişilərin 55% -i ilk görüşdən sonra onlarda sual işarəsi yaradan qadınları bəyənirlər.
Kişilərin 51%-i qadınların ilk görüşmədə cinsi mövzular haqqında danışmasını sevmirlər.
Kişilərin 42%-i qadınların hər yerə gecikməsinə nifrət edir!
Və kişilərin 38%-i ilk addımı qadınların atmasını gözləyirlər.
Bu qədər, əziz qadınlar. Ümid edirik ki, bu məlumatlardan lazimi istiqamətdə istifadə edə biləcəksiniz.