Günəş şüalarının qarşısını alan maskalar

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 2 053
Səs ver:
(səs: 0)
Günəş şüalarının təsirinin qarşısını alan maska reseptləri

Yaz aylarında günəşin təsirini artırması dərimizi günəşin zərərli təsirlərindən qorumaq üçün praktik bir şəkildə hazırlayıb tətbiq edə biləcəyimiz maskalar istifadə edə bilərik.

Xiyar maskası (Quru dəri üçün)

Lazım olan ərzaqlar:

1 x/q qatıq,
1 x\q yulaf unu,
1ç\q bal
1 orta boy xiyar

Hazırlanması: Bütün vəsitləri bir qabın içində qarışdırın. Hazırladığınız qarışığı dərinizə sürtün və 30 dəqiqə gözlədin daha sonra ilıq suyla yüzünüzü yuyun.

Bal maskası (Hər növ dəri üçün)

Lazım olan ərzaqlar:
Bal

Tətbiqi: Balı incə bir təbəqə halında dərinizə sürtün və 15 dəqiqə gözləyin. Əvvəl ilıq suyla sonra soyuq suyla yuyun.

Qatıq maskası (Yağlı dəri üçün)

Lazım olan ərzaqlar:
Maya
qatıq

Hazırlanması:qatıq ilə mayanı qarışdırın və üzünüzə sürtün. 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.

Limon suyu maskası (Hər növ dəri üçün)

Lazım olan ərzaqlar:
Yarım limon suyu
yumurtanın ağı

Hazırlanması: Yarım limon sununu yumurtanın ağı ilə qarışdırın və qarışığı yüzünüzə sürün. Maskanız quruduqda sərtləşəcək 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.

Banan maskası (Cavanlaşdırıcı)

Lazım olan ərzaqlar:
Banan

Tətbiqi: Bananı əzərək püre halına gətirin və üzünüzə incə bir təbəqə halında sürtün. 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.

Avokado maskası (Hər növ dəri üçün)

Lazım olan ərzaqlar:
Yarım avakado,
bir çay qaşığı bal

Hazırlanması: Avakadonu əzərək püre halına gətirin və balı üzərinə əlavə edərək qarışdırın. Üzünüzə sürtün və 20 dəqiqə gözlədin sonra ilıq su ilə yuyun
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 053
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri