Avokadodan nəmləndirici, qidalandırıcı və bərpaedici maskalar

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 1 661
Səs ver:
(səs: 0)
Avokadonunorqanizm üçün faydasından bəhs etmişdik. Bundan əlavə, avokado kosmetologiyada da geniş istifadə edilir.
Ondan üz və saç üçün maskalar hazırlanır.

Avokadodan üz üçün maskaların hazırlanmasında istifadə edilir. Bu maskalar nəmləndirici, sakitləşdirici, bərpaedici və qidalandırıcı effektə malikdirlər.

Quru dəri üçün
Avokado püresindən(meyvənin ½ ) və bitki yağından ( zeytun yağı yaxşı olar) maska hazırlamaq olar. İnqrediyentləri qarışdırıb sıyığı üzə çəkib 15-20 dəqiqə gözləmək. Sonra isti su ilə yumaq.

Yağlı dəri üçün maskanın hazırlanmasında
1 x.q. avokado püresi,
yumurtanın ağı və
1 x.q. limon şirəsi istifadə etmək lazımdır.
Hamısını yaxşıca qarışdırıb dəriyə çəkmək və 10-15 dəqiqə gözləmək. Maskanı ilıq su ilə yumaq lazımdır.

Saçların parlaqlığını və gücünü bərpa etmək üçün avokado əsasında maskadan istifadə etmək olar.
Bunun üçün yarım avokadonun ətini zeytun yağı ilə qarışdırmaq lazımdır. Saçlarınız yağlıdırsa, qatışığa 1 x.q. alma sirkəsi əlavə etmək olar.
Maskanı saçlara çəkib 30 dəqiqə saxlamaq.
Prosedurdan sonra qatışığı isti su və şampunla yumaq.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 661
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri