Quru dərinizi bu üsullarla yumşaldın

Müəllif: Son Bahar
Şərhlər: 5
Baxılıb: 2 031
Səs ver:
(səs: 0)
Quru dəridən bir çox insan əziyyət çəkir.

Biz isə quru dərini nəmli saxlayacaq vasitələri sizə təqdim edirik:
Bunun üçün sizə lazım olacaq:

4 xörək qaşığı kakao yağı
1 xörək qaşığı kokos yağı
1 xörək qaşığı orginal zeytun yağı
Kakao yağını dərin qaba qoyun. Qabdan daha böyük bir qabın içinə isti su doldurun. Kakao yağı mövcud olan kiçik qabı bu qabın içərisinə qoyun. İçərisinə suyun girməməsinə diqqət edin.Kakao yağı əriyincə kokos yağı ilə zeytun yağını əlavə edib qarışdırın. Qarışımı şüşə bankaya qoyaraq ağzını bağlayın. Hər gün nəmləndirici olaraq əldə etdiyiniz kremi istifadə edin.

Digər üsul isə avokadolu nəmləndiricidir.

Yumşaq avokadonun baş qismindən bir dilim götürün. İçini çay qaşığı ilə oyaraq ovcunuzda yemək qaşıq köməkliyi ilə əzin. Məcun halına gəldiyi zaman isə üzünüzə çəkin.Üzünüzdə 5 dəqiqə ilə yarım saat ərzində gözlədib yuyun. Tərkibindəki E vitamini dərini nəmləndirəcək. 1 avokadonu 1 həftə ərzində istifadə edə bilərsiniz.

Ballı və südlü nəmləndirici də üstünlük verilən üsullar sırasında yer alır. Bunun üçün kiçik qəhvə fincanından istifadə edə bilərsiniz. Qarışımı dərinizə çəkib qurumasını gözləyin. Ardından ilıq su ilə yuyun. Səhər üzünüzü yuduqdan sonra isə bu qarışımı üzünüzə çəkin.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 031
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri