Kəklikotu maskası

Müəllif: Lalə B.
Şərhlər: 1
Baxılıb: 1662
Səs ver:
(səs: 0)
Kəklikotu
Kəklikotu yunan dilindən tərcümədə "həyatın nəfəsi" deməkdi. Çünki bu ətirli ot C vitamini ilə, mineral maddələr, üzvü turşular, flavonoidlər və timol ilə zəngindir. Kəklikotu həlimi demək olar ki, bizə bütün xəstəliklərdə kömək edir. Saçlara və dəriyə çəkmək üçün kəklikotunun efir yağı sizə kömək edər. İstifadə etdiyiniz şampunun hər 10 qramına 3 damcı kəklikotu yağından əlavə etsəniz, saçlar möhkəmlənər və inkişaf edər. Dəridə əmələ gələn civzə və səpkilərdən azad olmaq üçün üz kreminizə bir necə damcı əlavə edin. Dırnaqları möhkəmləndirmək üçün ilıq suya duz və 5 damcı yağ əlavə edib əllərinizi bu suda saxlayın və 20 dəqiqə sonra yaxalayın.

Təravətləndirici kəklikotu maskası
Lazım olanlar: 2 ç.q yaşıl çay, 2 ç.q kəklikotu, 2 ç.q yulaf yarması, 2 ç.q bal, 2 ç.q qatıq.
Bütün bunların hamısını blendrdən keçiririk və üzümüzə çəkirik, 20 dəqiqə gözləyirik, sonra mineral su ilə yuyuruq.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1662
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri