Kremlə yumşaltmaq, ponza daşı istifadə etmək gözlədiyiniz qədər sürətli nəticə vermədisə bu üsul sevimliniz olacaq!
Böyük bir limonu ortadan ikiyə ayırın və ayaqlarınızda sərtləşən bölgələri limonla ovun. Ardından limonu topuğunuza yerləşdirin və bir corab köməyi ilə sabitləyin. 1 saat ya da bütün gecə limonu ayağınızda saxlayın.
Limonun içindəki turşular sərtləşən dərinin yumşalmasını təmin edəcək. Limonu çıxardıqdan sonra ayağınızı ilıq suyla durulayın və nəmləndirici çəkin.
Eşitdiyinizdə qəribə bir üsul kimi gəlsə də tətbiq etdikdən sonra nə qədər işə yaradığına inana bilməyəcəksiniz.