Burun əməliyyatı sonrası düşündürən suallar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 3 857
Səs ver:
(səs: 2)
Burun estetika əməliyyatı yəni rinoplastika sonrası yaxşılaşma prosesi necə inkişaf edir?

Xəstələr, hansı nöqtələrə diqqət etməlidir? Burun əməliyyatı sonrası iş və evdəki həyatınıza qayıtmağınız nə qədər vaxt alır? Bu kimi sualların cavablarını bu məqalədə oxuya biləcəksiz.

Burun quruluşları fərqlidir
Hər əməliyyatda olduğu kimi rinoplastika əməliyyatı ilə bağlı təqib edən proseslər adamdan adama dəyişiklik göstərir. Bu səbəblə, daha əvvəldən burun əməliyyatı sonrası prosesi yaşamış insanların yaşadıqları haqqında məlumat (eyni həkimin) ala bilərsiniz ancaq, hər bir burun quruluşu və yanaşma fərqli olacaq.

Rinoplastika əməliyyatınız hansı üsulla edilərsə edilsin, əməliyyat sonrası qısa müddətə baş ağrılarına və yüngül bədən ağrılarına hazırlıqlı olun. Əslində bu qayda bir çox əməliyyat üçün də etibarlıdır deyə bilərik. Bununla yanaşı əgər (çox nadir hallarda) hər hansı bir mikrob düşmə halı olmasa, burun əməliyyatı sonrası dözülməz ağrılar yoxdur. Rinoplastika əməliyyatı keçirən xəstələrin böyük bir qismi əməliyyatı təqib edən 2-3 günlük proses içində ağrı kəsicilər istifadə edə bilər, digər ağrı kəsiciləri həkim tövsiyəsi ilə qəbul etmək olar. Bunlara əlavə olaraq burun əməliyyatı sonrası ilk bir neçə həftəlik prosesdə burunda bir tıxanma vəziyyət hissi əmələ gəlməsi normaldır. Amma bu tıxanma vəziyyət hissinin ən çox hiss edildiyi vaxtlar yenə əməliyyat ertəsi 1-2 günlə məhdud olub, günlər keçdikcə burundakı tıxanma öz-özünə açılmağa başlayır. Həmçinin rinoplastika öncəsi burunda tıxanma vəziyyət şikayəti olan xəstələr əməliyyat sonrası bu tıxanma vəziyyət hissinə baxmayaraq, hisslərində bir rahatlığı hiss edə bilərlər. Yəni bu bəhsi keçən tıxanma vəziyyət hissi çox böyük bir problem təşkil etmir. Ancaq yenə də bu çıxılmaz vəziyyət hissinin yaradacağı mənfi cəhətləri aradan qaldırmaq məqsədilə rütubətli şəraitlərdə qalmaq və duzlu spreylər və s. dərmanlar ilə burunun açılmasına yardımçı olmaqda faydalı olacaqdır.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 857
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri