Gözəlliyin sirri

Müəllif: Narın Yağış
Şərhlər: 6
Baxılıb: 4 350
Səs ver:
(səs: 2)
Nəmləndirmə dərinin cavan qalmasında böyük rol oynayır.
Məhz nəmlilik dəriyə elastiklik, hamarlıq və təravət bəxş edir. Quru dəri həmişə qoca görünür. Buna görə də nəmləndirmə üçün nəzərdə tutulan bu prosedurlardan istifadə etmək məsləhətdir. Bunu ev şəraitində etmək isə heç də çətin deyil.

Gialuron turşusu və E vitaminindən (apteklərdə satılır) eyni miqdarda götürüb, dəniz yosununa qatın. Üzə çəkib, 15 dəqiqə saxlayın. Daha sonra ilıq su ilə yuyun.
Həftədə 2 dəfə bu maskanı etmək üzü nəmləndirəcək, qırışları hamarlayıb, təravəti artıracaq.

Diqqət
Əgər ofis şəraitində işləyirsinizsə, onda üzünüzü gün ərzində bir neçə dəfə adi və ya qazlı su ilə yuyun. Suyu vitaminli spreylə də əvəz edə bilərsiniz.

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır.
1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır.

2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərini hərəkətə gətirməz. Bu səbəbdən də saçlarınızı ilıq su ilə yumağa çalışın. Çünki ilıq su saç dərinizdəki hüceyrələrin hərəkətə keçməsini təmin edir.

3. Bəzi insanlar saçlarının uzanması üçün hər üsula əl atsalar da, amma unudurlar ki, düzgün və nizamlı qidalanma saçların uzanmasında böyük rol oynayır. Bunun üçün tərkibində zülal olan qidalar seçməlisiniz. Ət, süd, yumurta kimi qidalar saçların uzanmasını asanlaşdırdığı kimi eyni zamanda, qidalanmasına da köməkçi olacaq. Bundan əlavə kofeinli və spirtli içkilərdən istifadə etsəniz, saçlarınız korlanmasına şərait yaratmış olacaqsınız.

4. Saç diblərinə tətbiq edilən masaj da onların uzanmasında böyük əhəmiyyət kəsb edir.

5. Bol miqdarda su içmək də saçların uzanmasına kömək edir və onu qidalandırır.

6. Unudulması lazım olmayan şərtlərdən biri də şampunu saçların diblərinə, saç kremini isə yalnız uclarına tətbiq etməyinizdir.

7. Bundan əlavə əgər saçlarınızın tez uzanmasını istəyirsinizsə, bu zaman sprey və jele kimi məhsullardan bir müddət uzaq durmalısınız. Çünki bu maddələr saç dibinə çatdığı zaman köklərinin tıxanmasına səbəb olur və uzanmanın qarşısını alır. - See more at:
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 350
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri