Gözəl
bədən quruluşuna sahib olmaq üçün "haradan başlayım?” sualını
əksəriyyətimiz tez-tez özümüzə veririk. Artıq çəkidən, yağdan, fiziki
yorğunluqdan canımızı qurtarıb, düzgün, sağlam bədən quruluşuna qovuşmaq
üçün müxtəlif yollar keçirik. Bu qədər mütəxəssisin, informasiyanın
olduğu bir zamanda nəyin düz, nəyin səhv olduğunu ayırd etmək də,
əslində çətindir. Amma "haradan başlayım” – bu sehirli sualın əslində
asan 3 formulu var. Bunları sizinlə paylaşırıq ki, səhv məlumatlarla
sağlamlığınıza ziyan vurmayasanınız.
Məşq hərəkətləri
Məşq
hərəkətlərinin üç imtinaolunmaz yönü var: ağırlıq qaldırmaq,
kardio-ürəyi gücləndirən məşqlər və elastiklik. Məqsədli şəkildə gözəl
bədən quruluşuna sahib olmaq üçün bu hərəkətləri mütəmadi olaraq
etməlisiniz. Bu məşq hərəkətləri haqqında ötən yazılarımızda məlumat
vermişik.
Sağlam qidalanma
Qidalar
orqanizmin yanacağıdır. Depoya hansı yanacağı əlavə edəcəyinizə necə
qərar verməlisiniz? Yağlı, zərərli, ayaq üstə yeyilən, kimyəvi qarışığı
olan, bol şəkərli, unlu qidaları qəbul etmək orqanizminizə ziyandır.
Buna görə də, orqanizminizə keyfiyyətli qidaları versəniz, o da sizə
keyfiyyətli, gözəl bədən quruluşu bəxş edəcək. Əsasən, çalışın dənli
bitkilər, paxlalı məhsullar, meyvə-tərəvəz, zülallı qidalar qəbul edin
və bol su, detoks içkiləri için.
İstirahət etmək
Ən
az digər iki formul qədər istirahət etmək də, çox vacibdir.
Əzələləriniz idman salonunda ağırlıq qaldırarkən deyil, istirahət
edərkən inkişaf edir. Yatarkən ifraz olunan hormonlar məşq zamanı
yorulan əzələlərin bərpasını və daha güclü olmasını təmin edir. Buna
görə də, hər axşam 7-8 saat keyfiyyətli yuxu almağınız çox vacibdir.