Hind qadınlarının gözəllik sirrləri

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 10 784
Səs ver:
(səs: 3)

Hər ölkənin qadınlarının özlərinə xüsusi gözəllik sirləri var. Hind film ulduzlarının gözəl üzlərini, parlayan gözlərini, qüsursuz dərilərini və dolğun saçlarını fərq etdinizmi? Hər Hind qadını dəri baxımına xüsusi əhəmiyyət göstərər.

  • Limon yağlı cildlər üçün ideal baxım vəsaitidir. 1 yemək qaşığı limon suyu və 1 yemək qaşığı duzsuz pendiri yaxşıca qarışdırın, üzünüzə qalın bir maska halında tətbiq edin. 20 dəqiqə gözlədib, ilıq suyla yuyun.
  • Yumurta ağı dəri üçün yaxşı bir təmizləyici və məsamə açıcıdır. Yumurta ağını 15 dəqiqə üzünüzdə gözlədin, daha sonra limon suyu əlavə olunmuş ilıq suyla yuyun.
  • Gül yarpaqları və calendula (eyni səfa) çiçəkləri quru cildlər üçün yaxşı bir təmizləyici olaraq bilinməkdədir. Möcüzə maskanı hazırlamaq üçün, 75 ml qatıq, 25 ml süd,  50 qram təzə gül yarpağı və calendula çiçəyini qarışdırın, vam odda  30 dəqiqə bişirin.Qazın üzərindən gğtürün  soyudun və bir neçə saat istirahət etdirin. Qarışığı üzünüzə tətbiq edin, daha sonra ilıq suyla yuyun.

Meyvə və tərəvəzlərdən edilən bəsləyici baxım maskaları Hindistanda xüsusilə məşhurdurlar. Burada başlıca şərt, hormonsuz, mövsümündə məhsul istifadə etməkdir.
Pamidor, xiyar və qovunu rəndələyin, qarışdırıb üzünüzə maska olaraq yerləşdirin, bir neçə dəqiqə gözlədin, ilıq suyla yuyun.
Ərik və əriyi robotdan keçirin, üzünüzə tətbiq edin və 10 dəqiqə gözlədin, ilıq suyla yuyun.
Hindistanda yumurta sarısından edilən maskalar da geniş şəkildə istifadə edilməkdədir. Yumurta sarısı və balı qarışdırın üzünüzə tətbiq edin, 20 dəqiqə gözlədib, soyuq suyla yuyun.
Gözlərdən yorğunluğu və qabarıqlığı götürmək üçün isə belə bir üsul istifadə edilər: iki parça buz və iki dilim xiyarı alın, incə bir bezə  sarıb  gözünüzə yerləşdirin. Bu kompres rahatlaşdırıcı və tamamlayıcı, istirahət etdirici təsirə malikdir.
Dəriyə məxmər yumşaqlığı qazandırmaq üçün Hind qadınları duş suyuna aşağıdakı vəsaitlərdən birini əlavə edirlər:
-          Bitki yağları (badam, zeytunyağı, günəbaxan yağı);
-          Bir qaşıq bal - dərini  yumşaq və hamar edər;
-          Bir stəkan süd tozu( Quru süd) - dərini yumşaldar, tozu yoxsa normal süd də istifadə edilə bilər.
Bu duş şəkilləri dərini  rahatlaşdırıb istirahət etdirər. Yorucu bir gündən sonra ideal üsuldur.

 

 

Tərcümə etdi və hazırladı: PURE LOVE

(səs: 3)
Şərhlər: 5
Baxılıb: 10 784
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri