Jennifer Lopez Makiyajı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 762
Səs ver:
(səs: 4)
intimual müğənni Jennifer Lopez, şişirtmədən mümkün olduğunca uzaq, açıq tonlarda və yumşaq makiyajları seçir. İşıq oyunlarıyla mükəmməl üzə qovuşur. Jennifer Lopez makiyajının sirri nədir?
Krem şəklindəki tonal kremi üzünüzə sürtüb, barmaq uclarınızla üzünüzə yedirdin. Dərinizdə hər hansı bir problem yoxdursa tonal kremi mümkün olduğunca az istifadə edin. Əgər lazımdırsa göz altlarınıza bağlayıcı sürtün. Tonal kremin üstünə qətiliklə hələ kirşan sürtməyin.
Göz makiyajına başlamadan əvvəl göz qapağınızın ətrafına üzünüzə sürtdüyünüz tonal kremdən bir ton açıq bir başqa tonda tonal krem sürtün. Bunun sayəsində gözüstü rənglər üçün üçün yaxşı bir zəmin hazırlamış olarsınız.
Sonra incə bir fırçanın köməyiylə yüngülcə kirşan sürtün. Göz makiyajınız bitdikdən sonra çoxluqları almaq üçün fırçayla təkrar üzərindən keçin.
Qaşın altından kirpiyə qədər uzanan sümüyə açıq rəng və ışıltılı bir maye gözüstü rəng tətbiq edin. Bunu barmaqlarınızla yaxşıca yedirin. Üzünüzə sürtdüyünüz kirşanı bu bölgəyə də tətbiq edin. Beləcə, göz makiyajınız daha qalıcı olacaq. Kiçik və incə bir fırça ilə göz qapaqlarınıza açıq bej tonlarında bir gözüstü rəng sürtün.
Kirpiklərinizi qaldırın və yalnız üst kirpiklərinizə kirpik üçün tuş sürtün. Kirpikləri bir az daha diqqətə çarpan etmək üçün, qələm ucu qədər incə bir fırça köməyiylə qara gözüstü rəngi üst göz qapağınızın yalnız uc qisiminə sürtün.
Almacıq sümüklərinizə gül rəngi tonlarında ənlik sürtün. Ancaq ənliyinizin son dərəcə incə olmasına diqqət yetirin. Bənövşəyi tonlarından qəhvə tonlarına qədər rəngdə seçimləriniz ola bilər.
Dodaqlarınızın ətrafına təbii rəngdə bir dodaq qələmi sürtün. Dodaqlarınızın rəngindən yalnız bir ton tünd olması lazımdır. Əks halda çox şişirdilmiş dayana bilər. Dodaqlarınızı içini isə parladıcı ya da parladıcı qədər açıq rəngdə parlaq bir dodaq boyası ilə boyayın.
Tərcümə Etdi:
NİGAR_CAVAD


(səs: 4)
Şərhlər: 4
Baxılıb: 4 762
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri