Qadınlar harasa tələsirsə və təcili görüş çıxıbsa, 1 dəqiqə belə
makiyaj etməyə bəs edir. Vacib bir görüşə tələsirsiniz və hələki makiyaj
etməmisiniz. Narahat olmayın, 1 dəqiqəyə makiyaj emtək olar.
Əvvəlcə
nəmləndirici çəkin sonra dəridəki qüsurları örmtək üçün üzünüzə kirşan
çəkin. Üzdə problem yoxdursa, heç çəkməmək də olar. Toz kirşanı ilə də
qüsursuz dəriyə qovuşa bilərsiniz.
Vaxtınız nə qədər az olsa da,
dodaq boyasız küçəyə çıxmayın. Dərinizə uyğun seçdiyiniz mövsümün hit
rənglərindən olan dodaq boyası ilə dodaqlarnızı vurğulayın.
1
dəqiqənizi ancaq gözlərə ayırmaq istəyirsinizsə, eyelinersiz olmaz.
Qüsursuz eyeliner ilə və tuşla birlikdə gözləriniz daha cazibəli və
gözəl olacaq.
Ənliksiz olmaz – Kirşan çəkdikdən sonra yanaqları
təbii rəngli ənliklə vurğulayın. Təbii rənglər sizə natural gözəllik
bəxş edəcək.