Belə gözlərə sahib qadınlar üçün makiyaj etmək həqiqətən çətin bir məsələdir.
Həssas gözlərə sahib qadınlar üçün makiyaj etmək həqiqətən çətin bir məsələdir.
Qadınlar.biz-in məlumatına görə, düzgün tətbiq olunmayan makiyaj gözdə
qızartılara, qaşınmaya səbəb olur. Siz də həssas gözlərə sahibsinizsə,
düzgün makiyaj edə bilməniz üçün bir neçə praktik təklifimiz olacaq.
1.Fırçalarınızı təmiz saxlayın
Gözləriniz həssasdırsa, bilməli olduğunuz ilk şey fırçalarınızı
mütəmadi olaraq təmizləməkdir. İstifadə etdikcə fırçada çirklər yığılır
və çirkli fırçalar sizdə göz infeksiyasına səbəb ola bilər.
Fırçalarınızı daima yüngül bir sabun və ya şampunla yuyub təmiz bir
dəsmalın üstündə qurudun.
2. Krem tenlərdən istifadə edin
Toz tenlər istifadə edənlər həmişə çətinliklə qarşılaşırlar. Toz
tenlərin yerinə krem tenlərdən istifadə edin, çünki krem tenlər toz
tenlərə əsasən uçmazlar. Eyni zamanda işıltılı, parıltılı tenlərdən da
istifaə etməməyiniz məsləhət görülür. Çünki bu cür tenlər normal
tenlərdən daha çox göz qızarmasına səbəb olur.
3.Göz içinə sürmə çəkməyin
Bir çox makiyaj mütəxəssisi, gözləri daha iri göstərmək üçün göz içinə
ağ sürmə çəkməyi tövsiyə edir. Təəssüf ki, bu təklif həssas gözlərə
sahib insanlara uyğun deyil. Siz göz qələminizi daima gözünüzün xarici
çərçivəsinə çəkin.
4.Ən yaxşı məhsulları seçin
Həssas gözləriniz var deyə narahat olmayın, yenə də makiyajınızı ən
yaxşı şəkildə edə bilərsiniz. Bu gün bir çox markanın, həssas gözlərə
sahib insanlara istiqamətli məhsulları var. Yenə də diqqətli olmaqda
fayda var. Sizin üçün ən doğru məhsulları tapana qədər bir neçə fərqli
markanı sınaqdan keçirmək lazım ola bilər.
5.Makiyaj əşyalarınızı tez-tez yeniləyin
Bir çoxumuz bir neçə ay istifadə etdiyimiz makiyaj məhsullarını zibilə
atırıq. Xüsusilə həssas bədənli insanlar üçün bu, həqiqətən, doğru bir
hərəkətdir. Hər nə qədər təmiz saxlamağa çalışsanız da, makiyaj
məhsullarının içində zamanla bakteriya törəyə bilər. Xüsusilə göz
makiyajı məhsullarını tez-tez yeniləməkdə fayda var.
6.Tuş
Kirpikləri daha uzun, daha dolğun göstərən tuşlardan istifadə etməkdən
çəkinin, çünki bu tip tuşların içindəki liflər gözlərinizi daha çox
qıcıqlandırır. Bəzi insanlar kirpik boyama setlərini seçim edə bilər.
Lakin istifadə etməzdən əvvəl mütləq istifadə təlimatlarına uyğun
şəkildə allergiya edib etməyəcəyini test etməlisiniz.
7.İncə toxunuş
Həssas gözlərə daima incə yanaşmaq lazımdır. Gözlərinizə toxunmadan
əvvəl mütləq əllərinizin təmiz olduğundan əmin olun və ya gözünüzü
salfetlə silə bilərsiniz. Qıcıqlandırıcı bakteriyalar asanlıqla gözünüzə
bulaşıp qızartı və qıcıqlanmaya səbəb ola bilər. Son olaraq makiyaj
edərkən və makiyajınızı təmizləyərkən əsla gözlərinizi ovxalamayın.
8.Üzünüzü daima makiyajdan təmizləyin
Bəzilərimiz makyajımızı təmizləməyi tez-tez unudar və yaxud da tənbəlik
edərik. Lakin həssas gözləriniz varsa, bu mövzuda diqqətlə
davranmalısınız. Yüngül bir makiyaj təmizləyici və ya üz təmizləmə
məhsulu ilə üzünüzdəki bütün makiyajı təmizlədiyinizdən əmin olun.
Makiyajınızı təmizləyərkən, gözünüzə düşə biləcək infeksiyalardan da
qorunmuş olarsınız.