Ötən il saçları qeyri-adi rənglərə, məsələn, mavi, bənövşəyi, yaşıl, boz rənglərə boyamaq dəbdə idi.
Bu
trend indi də dodaq makiyajında özünə yer tapıb. Klassik qırmızı və ya
çəhrayı rəngə boyamaqdan vaz keçməyin əsl vaxtıdır. Çünki bu il neft
effektli dodaqlar dəbdə olacaq. Belə makiyajı əldə etmək heç də çətin
deyil.
Dəblə
ayaqlaşmaq istəyirsinizsə, dodaqlarınızı qara və ya tünd mavi rəngə
boyayın. Daha sonra boyanın üzərinə arzuladığınız çalarda parıltı vurun.
Qızılı, gümüşü və çəhrayı rəngli simlərdən istifadə edə bilərsiniz.
İşıltılı göz kölgələrindən də bu məqsədlə istifadə etmək olar.
Makiyajınızı şəffaf dodaq parıltısı çəkərək tamamlayın.