Kəpək əleyhinə 3 effektiv və asan MASKA

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 474
Səs ver:
(səs: 0)
1. YUMURTA SARISI.
Yumurta sarısını ağından ayırın. Bir az çəngəllə çalın, sonra masaj hərəkətləri ilə saçlarınızin dibinə tətbiq edin. 15 dəqiqə saxlayıb isti suyla yuyun. Həftədə 1 dəfə edə bilərsiz.

2. ÇAY AĞACI YAĞI.
Baş dərisinin yağ balansını tənzimlədiyinə görə, çay ağacı yağı kəpəklə mübarizədə lap köhnə metodlardandır.
Yağı azca isidin və baş dərisinə masaj edərək sürtün. Saçları isti kompreslə bağlayın, 15 dəqiqə saxlayandan sonra isti su və şampunla yuyun.

3. YUMURTA AĞI + SARISI
Yumurta maskasının daha bir variantı. Yumurtanın ağını sarısından ayırın. Əvvəlcə azca çaldığınız ağı saçlara sürtün, bir az gözləyəndən sonra sarini da saçlara tətbiq edin. Maska saçlarda quruyandan sonra yuyun.

QEYD - Kəpək əleyhinə etdiyiniz prosedurlar öz bəhrəsini vermirsə, o zaman dermatoloq həkimə müraciət etməyinizi tövsiyyə edirik.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 474
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri