Ballı saç maskası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 38 781
Səs ver:
(səs: 5)
 Bal saçın uzanması üzərində tək başına təsirli deyil, ancaq çox yaxşı bir təbii nəmləndirici olduğundan saçın sağlam uzanmasına qatqıda tapılar...
Saçınızın nəmlənməsini və asan şəkil almasını təmin etmək üçün həftədə bir balla hazırlanan saç maskasını istifadə edə bilər və şampun, saç baxım kremi kimi məhsulların içərisində bal olanlar arasından seçə bilərsiniz. Balın saça digər faydaları isə: köhnəlmə səbəbiylə zəifləyən saç köklərini gücləndirməsi və tahriş olan saç dərisini sakitləşdirməsidir.
Balla edəcəyiniz saç maskası üçün lazımlı vəsaitlər belədir: 1 şirin qaşığı bal, 2 yemək qaşığı zeytunyağı və 1 yumurta sarısı. Yumurta sarısını çırpmağa başlayın və az az zeytunyağı və balı qarışığa əlavə edin. Saçlarınızı maskanı asan vura bilmək üçün ikiyə ayırın. Qarışığı köklərdən başlayaraq uclara qədər yaxşıca yedirin. Balın saç dərisinə işləməsi üçün 4-5 dəqiqə masaj edə bilərsiniz. Daha sonra saçlarınızı yığın və duş bonesi geyin. Maskanı təxminən 30 dəqiqə gözlədib şampun və ilıq suyla yuya bilərsiniz.
Ballı və zeytun yağlı saç maskasını boyadan, dənizdən, günəşdən həddindən artıq köhnəlmiş saçlarda həftədə 2, ucları qırılan və yoluq görünən quru saçlarda həftədə 1 istifadə etməniz kafi olacaq. Köhnəlmiş saçlar üçün zeytunyağı və digər vəsaitləri istifadə etmədən 1-2 çay qaşığı balı bir başa saç diblərinə sıxıb barmaq uclarınızla masaj etdikdən sonra 20 dəqiqə gözlədə bilərsiniz.
Saç dərisini ölü dəri hüceyrələrindən təmizləyən bir başqa bal maskasının tərifi isə belədir: 1 yemək qaşığı balı 1 şirin qaşığı darçın ilə yaxşıca qarışdırdıqdan sonra saç dərisinə sürtün və 15 dəqiqə gözlədin. Bu maska saç dərisini təmizləyərkən köklərin hava almasını və saç tellərinin güclənməsini təmin edər.

/Mənbə: Qadınlar.biz/

(səs: 5)
Şərhlər: 6
Baxılıb: 38 781
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri