Güclü kimyəvi maddələr və bahalı gözəllik vəsaitləri istifadə etmədən saç rənginizi aça bilərsiniz. Sizə təbii üsulları təqdim edirik.
1) Bal və Sirkə
*2 su stəkanı sirkə
*1 su stəkanı bal
*1 yemək qaşığızeytunyağı
*1 yemək qaşığı hil və ya darçın.
Bütün məhsulları bir qabda qarışdırın və daha sonra nəmli saç üzərinə tətbiq edin və bir dəsmal və ya plastik paket ilə saçınızı bağlayın. Bütün gecə saçınızda gözlədin və səhər saçlarınızı durulayın. Baldakı hidrogen peroksid maddəsi digər vəsaitlərlə birlikdə saç rənginizin açılmasına kömək olacaq.
2) Çobanyastığı
*Yarım fincan çobanyastığı çiçəyi
*4 stəkan su
Çobanyastığını su ilə birlikdə 10 dəq qaynadın. Soyumasını gözlədikdən sonra saçlarınıza tətbiq edin və 15 dəq gözlədin. Daha sonra saçlarınızı durulayın.
3) C vitamini həbləri
8 və ya 9 C vitamini tabletini əzin və şampun ilə qarışdırın. qarışığı saçlarınıza tətbiq edin və 10 dəq gözlədib saçları durulayın.
4) Limon
*2 yemək qaşığı limon
*2-3 stəkan su
Suya limon suyu əlavə edib sprey şüşəsinə doldurun. Qarışığı saçlarınıza vurun və saçlarınız quruyana qədər günəş altında durun.