Saç düzləşdirilməsinin üsulları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 238
Səs ver:
(səs: 1)
Metod Bir: Düzləndirici yuma və qurutma
1. Saçı düzləndirici məhsullar alın. Düzləndirici şampunlar və kondisionerlər saçdakı qıvrımları azaltmaq üçün nəzərdə tutulmuşdur. Ən yaxşı məhsullar üçün kosmetik və gözəllik vasitələri  dükanlarından və gözəllik salonlarından alın, yaxud da salon ekspertindən sizə köməklik göstərməsini xahiş edin. Aldığınız şampun və ya kondisionerin tərkibində sadalanan inqrediyentləri oxuyun. Alkoqolun həmin məhsulların tərkibindəki əsas inqrediyentlərdən biri olmadığına əmin olun, çünki o sizin saçınızı qurudacaq və düzlənməsini daha da çətinləşdirəcəkdir. Düzləndirici serum və yaxud yuyulmağa ehtiyacı olmayan kondisioner almaq haqqında düşünün ki, saç qovuqcuqlarınızın güclənməsinə kömək etsin.

2. Saçınızı düzləndirici məhsullarla yuyun və qurudun. Saçınızın öncədən nisbi nəmlik dərəcəsindən asılı olaraq kondisioneri saçınızda 15 dəqiqədən 45 dəqiqəyə kimi saxlayın. Sonra kondisioneri yuyun və qalan nəmliyi dəsmalla qurudun.

3. Saçınıza yaxşı istilik qoruyucu serum səpin. Bu saçı fenlə qurutma prosesində qovuqcuqları qoruyur və saçınıza parlaqlıq əlavə edir. Saçınızı qoruyucu serumla bərabər şəkildə örtmək üçün bu məhsulu saçınıza əlavə edin və darayın.

4. İon yaradan fendən istifadə edin. Saçınızı düzəldə biləcəyiniz hissələrə ayıraraq arxadan başlayıb önə doğru işləyin və bir hissə tam hamar olmayana qədər onu bitirməyin. Saçınızı bütün boyu ilə daramaq üçün cod və yaxud bərk plastik daraqdan istifadə edərək kökündən ucuna qədər darayın.

5. Saça forma verən məhsul ilə işi bitirin. Saçınız tamamilə quru olduqda onu düzgün darayın və əllərinizdən istifadə edərək yüngül forma verən gel ilə və yaxud formanı saxlamaq üçün musla hamarlaşdırın.

Metod İki: Ventilyator vasitəsilə daramaq
1. Saçınızı yuyun və nəmləndirin. Onu dəsmalla elə qurudun ki, hələ də nəm olsun, ancaq su damcılamasın. Əgər bu anda düzləşdirici serum əlavə etmək istəyirsinizsə, onu saçınıza yeridərək yumşaltmaq üçün barmaqlarınızdan istifadə edin.

2. Saçınızın çox hissəsini sancaqla arxaya vurun. Bir hissəni boş saxlayın. Bu, sizin birinci qurudacağınız hissə olacaqdır.

3. Ventilyatorun qarısında özünüzə yer seçin. İstənilən növ güclü fırlanan stolüstü və yaxud iri ventilyator işə yarayacaqdır. Ventilyatoru elə yandırın ki, o havanı düz sizin başınıza üfürsün.

4. Saçınızı kürəkvari daraqla darayın. Uzun, düz gedişlərlə saçınızı ventilyatorun qarşısında darayın. Darağı saçınızın düz kökünə qoyun və ucuna doğru dartın, saçı buraxmazdan öncə onu bir neçə saniyə düz saxlayın.

5. Birinci hissə tam quruyanda yeni hissəyə başlayın. Bu üsulla saçınız tam quruyana qədər davam edin. Proses sizin saçınızın uzunluğundan və qalınlığından (sıxlığından) asılı olaraq təxminən 15 dəqiqə çəkəcəkdir. Saçınızda heç bir nəm qalmayana qədər dayanmayın. Hətta kiçicik bir nəmlik qıvrımların yenidən geri gəlməsinə səbəb olacaqdır. Saçınızın diblərinə xüsusi diqqət verin, hansı ki onlar tam qurumayana qədər qıvrılmağa meyllidir.

6. Saça forma verən məhsul ilə işi bitirin. Saçınız tamamilə quru olduqda onu düzgün darayın və əllərinizdən istifadə edərək yüngül forma verən gel ilə və yaxud formanı saxlamaq üçün musla hamarlaşdırın.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 238
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri