Saçlarınızı dəsmalla qurulamayın

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 2 294
Səs ver:
(səs: 2)
Saçlarınıza kifayət qədər qulluq etsəniz də, problemlərdən xilas ola bilmirsiniz?
 araşdırmalar göstərib ki, bir çox insan saç tökülməsinin və ya saçların elektrikləşməsinin səbəbini aydınlaşdıra bilmir. Xanımlar isə xüsusi maskalardan və ya faydalı yağlardan istifadə etsələr də, saçqırandan əziyyət çəkirlər.  Mütəxəssislər bildirirlər ki, saçla bağlı yaranan problemlərin bir çoxu onları düzgün qurulamamaqdan qaynaqlanır.
 
Ancaq narahat olmağa dəyməz. Çünki məsləhətlərə əməl edərək daha sağlam və parlaq saçlara qovuşa bilərsiniz.
 
Əvvəlcədən onu qeyd edək ki, saçlarınızı duşdan sonra dəsmalla qurulayırsınızsa, onları heç vaxt arzuladığınız kimi parlaq və gur görə bilməyəcəksiniz. Çünki dəsmal bədəni qurulamaq üçün uyğun olsa da, saçları korlayır.
 
Ən yaxşı variant saçı tərkibi 100 pambıqdan ibarət parça ilə qurulamaqdır. Bu proses 5 dəqiqədən artıq çəkməməli, saçı tamamilə qurutmağa çalışmamalısınız. Evdən çıxmağa tələsmirsinizsə, saçın öz-özünə qurumağını gözləyin. Əks halda əvvəlcə saça onu yüksək temperaturun səbəb olacağı fəsadlardan qoruyacaq sprey vurun. Daha sonra isə saç fenini 15-20 santimetr uzaqdan tutub əvvəlcə saç dibini, sonra ucları qurudun.
Saçlarınızı əsla yaş halda daramayın. Bu saçın qırılmasına səbəb olur. Saç quruduqdan sonra ona cüzi miqdarda lavanda və ya zeytun yağı çəkib darayın.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 294
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri